Aleksandr Bakulev - Wikipedia
Aleksandr Bakulev (tam adı: Aleksandr Nikolayeviç Bakulev; 25 noyabr (7 dekabr) 1890 – 31 mart 1967[2], Moskva[2]) – rus cərrahı, SSRİ-də döş cərrahlığının banilərindən biri. SSRİ Elmlər Akademiyasının akademiki (1958), Tibb Elmlər Akademiyasının akademiki (1948) və prezidenti (1953–60).
Aleksandr Bakulev | |
---|---|
Doğum tarixi | 25 noyabr (7 dekabr) 1890 |
Vəfat tarixi | 31 mart 1967[2] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | rus |
Atası | Nikolayeviç Bakulev |
Elm sahələri | Aorta koronar şuntlama, cərrahiyyə[1], siyasət[1] |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Bakulev 1890-cı il dekabrın 7-də Vyatka quberniyasının Nevenikov kəndində anadan olmuşdur. 1918-ci ildə Saratov Universitetinin Tibb fakültəsini bitirmiş, S. İ. Spasokukotskinin tələbəsi olmuşdur.
Fəaliyyəti
redaktəBakulev 1943-cü ildən ömrünün sonunadək İkinci Moskva Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri olmuşdur. 1956-cı ildən özünün yaratdığı Döş Cərrahlığı İnstitutuna (indiki Rusiya Tibb Elmlər Akademiyasının A. N. Bakulev adına Ürək-Damar Cərrahlığı Elmi Mərkəzi) başçılıq etmişdir. Əsas işləri mədə-bağırsaq yolu cərrahlığı, neyrocərrahlıq, urologiya, ağciyər və ürək-damar cərrahlığı məsələlərinə həsr edilmişdir. Qida borusunun plastikası üsulunu (Bakulev üsulu), baş beynin ödemi zamanı araxnoidal boşluğa piltə qoyulması üsulunu (1935) təklif etmişdir;
Beyin abseslərinin müalicə üsulunu, mədə kənar edildikdən sonra qida borusu və nazik bağırsağın birləşdirilməsi qaydasını (Gertsen – Bakulev qaydası), 1940-cı ildə nazik bağırsaqla onikibarmaq bağırsağın ilgəkşəkilli anastomozunun yaradılması qaydasını (Bakulev – Delbe qaydası) işləyib hazırlamışdır. 1948-ci ildə SSRİ-də ilk dəfə olaraq botal axacağın bağlanması əməliyyatını yerinə yetirmiş, 1952-ci ildə ürək qüsuru – mitral dəliyin stenozu zamanı mitral komissurotomiyanı uğurla həyata keçirmişdir; kəskin miokard infarktı olan xəstələrin əməliyyatını təklif etmişdir. Perikard boşluğuna dərman yeritmək üçün inyeksiya iynəsi (Bakulev iynəsi) ixtira etmişdir.[3]
Əsərləri
redaktə- Пневмонэктомия и лобэктомия. M., 1949 (А. V. Gerasimova ilə birlikdə);
- Хирургическое лечение болезней сердца и магистральных сосудов. М., 1952;
- Врождённые пороки сердца. M., 1955 (Y. N. Meşalkin ilə birlikdə);
- Хирургическое лечение опухолей и кист средостения. M., 1967 (R. S. Kolesnikova ilə birlikdə).
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Бакулев Александр Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 94. ISBN 978-9952-441-07-9.