Aleksandr Bronyar - Wikipedia
Aleksandr Bronyar (fransız dilində:Alexandre Brongniart, 5 fevral 1770–7 oktyabr 1847) — fransız kimyaçısı[1], farmasevt, mineraloq, mineralogiya professoru, geoloq, zooloq, botanik və paleontoloq. Fransız botaniki, paleobotanikanın banilərindən biri olan Adolf Teodor Bronyarın (1801–1876) atası[2].
Tərcümeyi-halı
redaktəAleksandr Bronyar 5 fevral 1770-ci ildə Paris şəhərində anadan olmuşdur.
O, 1788-ci ildə Société philomathique de Paris yaradılmasında iştirak etmişdir. Aleksandr Bronyar 1794-cü ildə dağ-mədən mühəndisi vəzifəsinə təyin edilmişdir. O, 1797-ci ildə təbiət elmləri üzrə professor oldu.
Aleksandr Bronyar 1800-cü ildə Sevrdə farfor fabrikinin direktoru təyin edildi, 1818-ci ildə isə böyük dağ-mədən mühəndisi vəzifəsində fəaliyyətini davam etdirmişdi[3].
1822-ci ildə A. Bronyar Paris Milli təbiət elmləri tarixi muzeyinin mineralogiya professoru təyin edildi.
O, 7 oktyabr 1847-ci ildə doğma şəhərində vəfat etmişdir. Bronyartit mineralı bu aliminin şərəfinə adlandırılmışdır.[4].
Elmi fəaliyyəti
redaktəAleksandr Bronyar daşlaşmış canlı qalıqların tədqiqi üzrə ixtisaslaşmışdı. O, kimya, mineralogiya, farmakologiya, geologiya, zoologiya, botanika və paleontologiya ilə məşğul olmuşdu.[5].
Əsas əsərləri
redaktəAleksandr Bronyar aşağıdakı əsərlərin müəllifidir.
- Brongniart Alexandre, Cuvier Georges, Brongniart Adolphe. — Description géologique des environs de Paris. Paris, Amsterdam: G. Dufour, E. d’Ocagne, 1822, 428 p., nouv. éd.
- Brochant de Villiers André-Jean-François-Marie, Brongniart Alexandre, Jussieu Antoine-Laurent (de). — Dictionnaire des sciences naturelles. Strasbourg, Paris: F. G. Levrault, Le Normant, 1816–1830, 73 vol.
- Brongniart Alexandre. Introduction à la minéralogie vol. 61, 1824.
- Brongniart Alexandre, Desmarets Anselme-Gaëtan. — Histoire naturelle des crustacés fossiles. Paris: F. — G. Levrault, 1822.
- Brongniart Alexandre, Malagutti François. — Mémoires sur les kaolins ou argiles à porcelaines. Paris: Gide, 1841.
- Brongniart Alexandre, Riocreux Désiré. — Description méthodique du Musée céramique de la Manufacture royale de porcelaine de Sèvres. Paris: A. Leleux, 1845, 2 vol. et atlas (456, 8 p., LXXX pl.)
Xarici keçid
redaktə- Alexandre Brongniart (fr.)
İstinad
redaktə- ↑ Alexandre Brongniart
- ↑ Броньяр, Адольф-Теодор // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907
- ↑ Левинсон-Лессинг Ф. Ю. Броньяр, Александр // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- ↑ Броньяртит // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907
- ↑ International Plant Names Index: Alexandre Brongniart (1770–1847)