Aleksandr Ostrovski - Wikipedia
Aleksandr Nikolayeviç Ostrovski (rus. Александр Николаевич Островский; d. 1823 — ö. 14 iyun 1886, Moskva) — Rusiya dramaturqu.
Aleksandr Ostrovski | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Moskva |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı | rusiyalı |
Milliyyəti | rus |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, librettoçu, dramaturq, jurnalist, yazıçı, teatr rejissoru |
Fəaliyyət illəri | 19-cu əsr |
Əsərlərinin dili | rus |
Janr | Komediya-faciə |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Ostrovski 1823-cü ildə Kostroma Vilayətinin Ostrovski rayonunda anadan olmuşdur. 1840–1843-cü illərdə Moskva Universitetinin hüquq fakültəsində təhsil almış, 1843–1851-ci illərdə Moskva məhkəmələrində işləmişdir. Estetik görüşləri V. Q. Belinskinin təsiri altında formalaşmışdır.
Yaradıcılığı
redaktəİlk əsərləri 1847-ci ildə dərc olunmuşdur. 1850-ci ildə tamaşaya qoyulan "Öz adamlarımızdır, düzəlişərik" satirik komediyası 1-ci Nikolayın göstərişi ilə qadağan edilmişdir. Pyeslərində mühüm sosial və əxlaqi problemlərə toxunmuş, pulun hakim kəsildiyi cəmiyyəti və despotizmi kəskin tənqid atəşinə tutmuşdur. "Yoxsulluq eyib deyil" (1853), "Gəlirli yer" (1856), "Tufan" (1859) və s. pyeslərində məmur, tacir və mülkədarların tamahkarlığı, acgözlüyü ifşa olunur. Onun dramaturgiyası rus teatr sənətinin inkişafında mühüm rol oynamışdır.
O, Azərbaycan dramaturgiyasına, xüsusi ilə Nəcəf bəy Vəzirov yaradıcılığına ciddi təsir göstərmişdir. Abbas Səhhət onun "Yoxsulluq eyib deyil" komediyasından iqtibas olaraq eyni adlı ikipərdəli mənzum pyes yazmışdır.
Onun əsərləri hələ keçən əsrdə Azərbaycan dilinə tərcümə olunmuşdur. Pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulmuşdur.
Ostrovski 1883-cü ildə Bakıda olmuş, gündəliyində Bakı səfəri haqqında maraqlı qeydlər etmişdir. 1886-cı ildə Moskvada vəfat etmişdir.
A. N. Ostrovskinin Moskvada heykəli qoyulmuşdur.[2]
İstinadlar
redaktə- ↑ Варнеке П. Б. В. Островский, Александр Николаевич (rus.). // Русский биографический словарь / под ред. А. А. Половцов СПб: 1905. Т. 12. С. 425–448.
- ↑ "ƏLAMƏTDAR VƏ TARIXI GÜNLƏR TƏQVIMI" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-06-11.
Xarici keçidlər
redaktə Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |