Aleksandr Yelyasevic - Wikipedia
Aleksandr Yelyaşeviç (22 mart 1902, Vilnüs – 18 avqust 1978, Qdansk) — Polşa ordusunun Lipka tatarı olan mayoru. O, Polşa ordusundakı sonuncu tatar-müsəlman bölməsinin komandanı olmuşdur.[1]
Aleksandr Yelyaşeviç | |
---|---|
Aleksander Jeljaszewicz | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Saşa |
Doğum tarixi | 22 mart 1902 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 avqust 1978 (76 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya İmperiyası Polşa |
Milliyyəti | Lipka tatarı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Polşa Ordusu |
Rütbəsi | Rotmistr, mayor |
Döyüşlər | İkinci Dünya müharibəsi |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının erkən dövrü
redaktəEtnik olaraq Lipka tatarı olan Yelyaşeviç Rusiya imperiyasının Vilnüs quberniyasında imperator ordusunun kapitanı olan Janın ailəsində dünyaya gəlmişdir. O, 1912-1919-cu illərdə əvvəlcə Pskovdakı Kadet Korpusunda, sonradan isə Ukraynada hərbi təhsil almışdır. 1923-cü ildə Türkiyəyə və Yuqoslaviyaya evakuasiya edilmiş zabitlər məktəbini süvari zabiti olaraq başa vurdu. 1924 və 1925-ci illərdə serb sərhəd bölmələrində xidmət etdikdən sonra Polşaya geri dönə bildi.[2]
Polyak ordusunda
redaktəEyni ild də polyak ordusuna qoşuldu və Qrudziadzdakı Süvari Zabitlər Məktəbinə göndərildi. 1928-ci ildə Vilnüs qarnizonunun IV Uhlans Alayında peşəkar zabit kimi xidmət etməyə başladı. Onun alayı müasir Vilnüsün bir hissəsi olan Nova Vileykada yerləşirdi. O, burada I Tatar Eskadronunun komandanı idi. Bu eskadron polyak hərb tarixində sonuncu tatar hərbi birləşməsidir. O, 1939-cu ilin sentyabrında Polşa kampaniyasında iştirak etmişdir.
Polşanın işğalı
redaktəSentyabrın ilk günlərində XIII Vilnüs Uhlans alayı Piotrkov yaxınlığında döyüşürdü. Növbti mərhələdə onlar Maciejovic yaxınlığında Vislanı keçməli idilər. 9-10 sentyabrda Maciejovic yaxınlığında tatar eskadronu alman piyadalarına qarşı sonuncu hücumunu həyata keçirdi.
Bu hücum polyak hərb tarixində bir mərhələnin bağlanmasının simvolu oldu - İslam/Tatar alayının sonu. Tezliklə, XIII Vilnüs Uhlan Alayı Lublin yaxınlığındakı Suçovola kəndi yaxınlığında baş vermiş döyüşün nəticəsində tatar alayı darmadağın edildi. Bölməsindən sağ qalmış az sayda insanla Rumın plasdarmına (Polyak ordusunun baş qərərgah rəisi belə bir əmr vermişdi) çatmağa çalışarkən alman tərəfindən əsir tutuldu və bütün müharibə boyunca alman oflaqında (müharibə zamanı əsir götürülmüş düşmən zabitləri üçün yaradılmış düşərgə) yaşadı.[3]
Müharibədən sonra
redaktəMüharibədən sonra Polşaya geri döndü və Qdansk şəhərində yaşamağa başladı. Burada yaşadığı zaman yerli tatar icmasının Səlim Çazbiyeviç (Mirzə Səlim Çazbiyeviç - Polşa tatarlarının tarixçisi, diplomat və professor) kimi aktiv üzvlərindən birinə çevrildi.[4]
Yelyaşeviç 1978-ci ilin 18 avqustunda Qdansk şəhərində vəfat etdi və Varşavanın İslami Tatar Məzarlığında dəfn edildi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Aleksander Miśkiewicz, Tatarzy w służbie Rzeczypospolitej Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Tygodnik Wileńszczyzny, 3 - 9 sierpnia 2006 r. nr 31 (wydanie internetowe nr 308)
- ↑ "Słownik biograficzny Tatarów polskich XX wieku" (PDF). bibliotekatatarska.pl. 2022-01-30 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Dziennik Personalny Ministerstwa Spraw Wojskowych". www.wbc.poznan.pl. 2021-03-02 tarixində arxivləşdirilib.
- ↑ "Jeljaszewicz Janusz". encyklopedia.pwn.pl. 2021-07-11 tarixində arxivləşdirilib.