Aleksey Koselev - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Koşelev Aleksey Timofeyeviç — texnika elmləri doktoru, professor
Aleksey Koşelev | |
---|---|
Koşelev Aleksey Timofeyeviç | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan SSR |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Həyatı
redaktəKoşelev Aleksey Timofeyeviç 1937-ci ildə Azərbaycan SSR-nın Kürdəmir şəhərində anadan olmuşdur. 1961-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1959–1971-ci illərdə "Azneft" İB-də fəhlədən sex rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1971-ci ildə AzNKİ-nun aspirantı olub. 1971–1986-cı illərdə Ümumittifaq quyuların bərkidilməsi və qazıma məhlulları elmi-tədqiqat institutunda (Krasnodar ş.) sektor, laboratoriya, şöbə rəhbəri işləmişdir. 1974-cü ildə "Neft və qaz quyularının təkrar sementlənməsi texnologiyasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986–1988-ci illərdə SurqutneftETLİ-də, 1988–1993-cü illərdə isə SibNSETİ-də direktor müavini, Dövlət Ekspert Komissiyasının (DEK) sədri, Tyümen neftqaz universitetinin qazıma kafedrasının professoru vəzifələrində çalışmışdır. 1993-cü ildə "Quyuların bərkidilməsinin iş qabiliyyətinin artırılması üsullarının elmi cəhətdən əsaslandırılması, işlənilməsi və tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2004-cü illərdə "Rosneft-Termneft" MAC EİB (Krasnodar ş.) baş direktor müavini işləmişdir. 2005-ci ildən bu günə qədər OAO "Rosneft-Krasnodarnefteqaz EK"da elmi-texniki məsələlər üzrə baş direktorun məsləhətçisidir.
Elmi fəaliyyəti
redaktəKoşelev A. T. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: quyuların qazılması və istismarı zamanı təmir təcrid işləri sahəsində tədqiqatlar.
O, 200-dən artıq elmi məqalənin, həmçinin bir sıra sahəvi və regional rəhbər sənədlərin müəllifidir. Koşelev A. T. "SSRİ neft və qaz sənayesinin əməkdar işçisi" adına layiq görülmüşdür.