Aleksey Pajitnov - Wikipedia
Aleksey Pajitnov (rus. Алексей Пажитнов; d. 14 mart 1956, Moskva, RSFSR, SSRİ) — sovet və amerikalı oyun dizayneri və proqramçı, "Tetris" oyunun yaradıcısı.[1]
Aleksey Pajitnov | |
---|---|
rus. Алексей Пажитнов | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → ABŞ |
Fəaliyyəti | proqramçı, informatik, oyun dizayneri[d], riyaziyyatçı, iş adamı |
Mükafatları |
Game Developers Choice Awards First Penguin Award LARA - Der Deutsche Games Award |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə91 saylı Moskva riyaziyyat məktəbini və Moskva Aviasiya İnstitutunu bitirib.[2][3]
SSRİ elmlər Akademiyasının Hesablama Mərkəzində çalışıb. Burada o, süni intellekt problemləri və nitqin tanınması ilə məşğul olub. 1984-cü ildə məhz orada sonradan dünyaca məşhur olacaq "Tetris" oyununu hazırlayıb.
1988-ci ildə Bullet-Proof Software Firmasının dəstəyi ilə Animatek şirkətini (oyun proqram təminatının hazırlanması) təşkil edib. 1991-ci ildə isə ABŞ-yə köçüb.
1996-cı ilin oktyabrında "Microsoft" şirkətinə keçib. Burada o, Pandora's Box üçün başsındırmaların hazırlanması ilə məşğul olub. 2005-ci ildə "Microsoft"u tərk edib.
1997-ci ildə Gaming Computer World Aleksey Pajitnovu "Oyun sənayesinin ən nüfuzlu insanları" siyahısında dördüncü yerə layiq görüb.[4]
18 avqust 2005-ci ildə Wildsnake Software anons buraxıb ki, Aleksey Pajitnov onların şirkətinə qoşulur və yeni oyunlar seriyasının hazırlanmasına başlayır.[5]
2007-ci il martın 7-də Game Developers Choice Awards First Penguin Award mükafatına layiq görülmüşdür.[6]
2009-cu il iyunun 24-də LARA — Der Deutsche Games Award fəxri mükafatına layiq görülüb.[7]
Şəxsi həyatı
redaktəOğlu Dmitri 2017-ci ildə Reynir dağında dağ xizəyi zamanı bədbəxt hadisə nəticəsində həlak olub.[8][9]
İşləri
redaktəAdı | Buraxılış ili | ƏS, kompüter | Pajitnovun rolu |
---|---|---|---|
Tetris | 1984 | Elektronika-60, IBM PC | Orijinal ideya, (alqoritmi Dmitri Pavlovski ilə birgə, proqramı Elektronika-60-dan IBM PC-yə Vadim Gerasimov köçürüb) |
Welltris | 1989 | Amiga, Amstrad CPC, Atari ST, Commodore 64, DOS, Macintosh и ZX Spectrum | Oyunun ümumi dizaynı, Andrey Sqenov ilə birgə |
Faces | 1990 | DOS, Macintosh[10] | Orijinal ideya (Vladimir Poxilko ilə birgə) |
Hatris | 1990 | TurboGrafx-16, Arcade, Game Boy & NES | Orijinal ideya |
Knight Move | 1990 | Famicom Disk System (Yaponiya) | İdealist |
El-Fish | 1993 | DOS | Orijinal ideya (Vladimir Poxilko ilə birgə) |
BreakThru! | 1994 | Windows 3.x | Pajitnovun şəkli oyunun üz qabığında |
Knight Moves | 1995 | Microsoft Windows | İdealist |
Ice & Fire | 1995 | Windows, Macintosh & PlayStation | Orijinal ideya (Vladimir Poxilko ilə birgə) |
Clockwerx | 1995 | Microsoft Windows | Orijinal ideya. Pajitnovun şəkli oyunun üz qabığında |
Tetrisphere | 1997 | Nintendo 64 | Köməkçi |
Microsoft Entertainment Pack: The Puzzle Collection | 1997 | Windows & Game Boy Color | Oyunun ümumi dizaynı |
Pandora’s Box | 1999 | Windows | Oyunun ümumi dizaynı |
Hexic HD | 2005 | Xbox 360 | Orijinal ideya və dizayn |
Dwice | 2006 | Windows | Oyunun ümumi dizaynı |
Hexic 2 | 2007 | Xbox 360 | Oyunun ümumi dizaynı |
Marbly | 2013 | iOS | Orijinal ideya və dizayn |
İstinadlar
redaktə- ↑ "Tetris: a history". Atarihq.com. 2012-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-06.
- ↑ "Alexey Pajitnov, Creator of Tetris". tetris.com. tetris holding. 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
He received his Masters degree in Applied Mathematics from the Moscow Institute of Aviation
- ↑ "History of Computers and Computing, Birth of the modern computer, Software history, Tetris of Alexey Pajitnov". history-computer.com. 3 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2019.
- ↑ The Most Influential People in Computer Gaming (PDF). (journal) (ingilis). № 159 (Computer Gaming World). Ziff Davis. — 1997. oktyabr. — P. 56.
- ↑ "WildSnake newsletter 18 August 2005, retrieved 31-10-2007". Wildsnake.com. 2005-08-18. 12 November 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-20.
- ↑ "2007 Game Developers Choice Awards To Honor Miyamoto, Pajitnov". Gamasutra. 7 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-12.
- ↑ "Games Award ehrt Tetris-Erfinder Paschitnow". 2009-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13.
- ↑ "Dmitri Pajitnov - In Memoriam, retrieved February 9, 2018". April 6, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 13, 2019. (#invalid_param_val)
- ↑ "Skier identified after body was missing for a month on Mount Rainier, retrieved Feb 9, 2018". The News Tribune. 2017-08-22. 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13. (#invalid_param_val)
- ↑ Mann, Richardo. Faces (PDF). (journal) (ingilis). № 124 (Compute!). — 1990. dekabr. — P. 92.
Xarici keçidlər
redaktə- Peoples.ru saytında profili (rus.)
- Mobygames.com saytında profili (ing.)
- Тетрис — из России с любовью, BBC, 6 iyul 2004-cü ilin müsahibəsi (ing.)
- Как написать "Тетрис", Colta.ru, 11 sentyabr 2011-ci ilin müsahibəsi (rus.)