Alik Ismayilzade - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alik Ismail-Zadeh (1961, Azərbaycan) (tam adı: Ali Tofiq oğlu İsmayılzadə) — elm xadimi.
Alik Ismail-Zadeh | |
---|---|
Ali Tofiq oğlu İsmayılzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
İxtisası | geofizika-riyaziyyat |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | Karlsruhe Institute of Technology, Almaniya |
comgeodyn.org |
Həyatı
redaktəAli İsmayılzadə (Alik Ismail-Zadeh) 1961-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsini, 1983-cü ildə M. Lomonosov Moskva Dövlət Universitetinin Fizika fakultəsini, 1990-cı ildə REA Yerin Fizikası Şmitt İnstitutunun Riyazi-geofizika üzrə elmlər namizədi (PhD) dərəcəsini, 1997-ci ildə Rusita Elmlər Akademiyasının (REA) Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun (İEPTMG), Geofizika üzrə elmlər doktoru (DSc) dərəcəsini bitirmişdir. 1992-ci ildən 2022-ci ilə qədər Rusiya Elmlər Akademiyası IEPTMG Seysmik və Vulkanik Təhlükə Riskinin Modelləşdirilməsi qrupunun rəhbəri, Baş elmi işçi / Professor-tədqiqatçı kimi faəliyyət göstərib. 2001-ci ildən Professor İsmayılzadə Almaniyanın Karlsrue Texnologiya İnstitutunda (KIT) baş elmi işçi vəzifəsində çalışır.
Fəaliyyəti
redaktəMükafatları
redaktə1993 – Beynəlxalq Elm Fondu mükafatı, Nyu York, ABŞ;
1995 – Avropa Akademiyası mükafatı və medalı, London, Birləşmiş Krallıq;
1995 – İtaliya Təhsil Nazirliyi Tədqiqat Burosu mükafatı, Roma, İtaliya;
1996-1997 – İsveç İnstitutu Tədqiqat Təqaüdü Mükafatı, Stokholm, İsveç;
1999 – Rusiya prezidenti Yeltsin Təqaüdü mükafatı, Moskva, Rusiya;
2000 – Kral Cəmiyyəti Tədqiqat Təqaüdü mükafatı, Cambridge Universiteti, Böyük Britaniya;
2001 – Alexander von Humboldt Tədqiqat Təqaüdü Mükafatı, Almaniya;
2007 – Ən çox istinad edilən sənəd 2004-2007 Elsevier mükafatı;
2007 – Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (IUGG) Baş Katibi seçilib;
2009 – Beynəlxalq Mükafatı (International Award), Amerika Geofizika İttifaqı (AGU);
2011 – Geofiziki Risk və Davamlılıq üzrə İttifaq Komissiyasının fəxri üzvü, Beynəlxalq Geodeziya və Geofizika Birliyi;
2012 – Axford Görkəmli Mühazirə mükafatı, Asiya Okeaniya Geoelmlər Cəmiyyəti (AOGS);
2013 – Kral Astronomik Cəmiyyətinin (Royal Astronomical Society) Fəxri Üzvü;
2017 – Avropa Elmlər Akademiyasının (Academia Europaea) Həqiqi Üzvü;
2018 – Beynəlxalq Elmi Şuranın (International Science Council) Baş Katibi seçilib;
2019 – Geodeziya və Geofizika Beynəlxalq Birliyinin (IUGG) Fəxri Üzvü;
2019 – Amerika Geofizika İttifaqının (AGU) Fəxri Üzvü;
2019 – Səfir Mükafatı (Ambassador Award), AGU;
2022 – Beynəlxalq elmi şurasının (International Science Council) Fəxri Üzvü.
Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat
redaktə1983-1986 – Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya İnstitutu, Kiçik tədqiqatçı;
1987-1990 –Rusiya Elmlər Akademiyası, O.Şmitt adına yerin fizikası İnstitutu, Aspirant;
1990-1998 – Rusiya Elmlər Akademiyası, Zəlzələ Proqnozu Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutu, Baş elmi işçi;
1995-1996 –Triyest Universiteti, Tətbiqi Geofizika şöbəsi, Post-doc, İtaliya;
1995 –Vrije Universiteti, Yer Elmləri Fakültəsi, İştirakçı alim, Amsterdam, Niderland;
1996 –Universität Mainz, Institut für Geowissenschaften, İştirakçı alim, Mainz, Almaniya;
1996 – Elmin İnkişafı Avropa Birliyi – EUROSCIENCE, Təsisçi üzv;
1996-1999 – Kral Texnologiya İnstitutu, Paralel Kompüterlər Mərkəzi, dəvət olunmuş alim, Stokholm, İsveçrə;
1998-2000 – Uppsala Universiteti, Yer Elmləri Bölməsi, dəvət olunmuş alim, Uppsala, İsveçrə;
1999 – "La Sapienza" Roma Universiteti, Fizika Bölməsi, Dəvət olunmuş professor, Roma, İtaliya;
1999 – Hebrew University of Jerusalem, Yer Elmləri İnstitutu, Dəvət olunmuş professor, İsrail;
2000 – Kembric Universiteti (U. Cambridge), Teorik Geofizika İnstitutu, DAMTP, Kral Cəmiyyəti iştirakçı təqaüdü, Kembric, Birləşmiş Krallıq;
2001-2002 – Karlsruhe Universiteti, Geofizika İnstitutu;
2001-2015 – Abdus Salam Beynəlxalq Teorik Fizika Mərkəzi, İştirakçı müəllim, seminar direktoru, Triyest, İtaliya;
2002-2003 – Heidelberg Elmlər Akademiyası, WSM Layihəsi, Baş tədqiqatçı, Almaniya;
2003, Kaliforniya Universiteti (UCLA), Yer və Kosmos Elmləri Bölməsi, Dəvət olunmuş professor, Los-Anceles, ABŞ;
2003-2012 – Karlsruhe Texnologiya İnstitutu/ Karlsruhe Universiteti, Geofizika İnstitutu, Baş alim, Layihə direktoru, Karlsruhe, Almaniya;
2005-2016 – Institut de Physique du Globe de Paris, Professeur intive, Paris, Fransa;
2006-2007 – Tokio Universiteti, Zəlzələ Araşdırma İnstitutu, Dəvət olunmuş professor, Tokio, Yaponiya;
2014 – Çin Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, Dəvət olunmuş professor, Pekin, Çin.