Aliye Sultan - Wikipedia
Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, İstanbul) — 33. Osmanlı sultanı V Muradın qızı.
Aliyə Sultan | |
---|---|
osman. عليَّه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Adilə Sultan türbəsi, İstanbul |
Fəaliyyəti | əsilzadə |
Atası | V Murad |
Anası | Rəzan Qadınəfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəAliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir.
Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Yıldız sarayına aparıldı.
Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi.
Mənbə
redaktə- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5
- Kırpık, Cevdet (2011). "Şehzade Evliliklerinde Değişim". OTAM (in Turkish)
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
- Osmanoğlu, Ayşe (May 30, 2020). The Gilded Cage on the Bosphorus: The Ottomans: The Story of a Family. Ayşe Osmanoğlu. ISBN 978-1-9163614-1-6