Almalitala - Wikipedia
Almalıtala (tarixi adı: Çanaxçı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd.[2]
Almalıtala | |
---|---|
40°39′53″ şm. e. 45°40′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəOykonim almalı (alma ağacları olan) və tala (ətraf ərazidən fərqli sahə) sözlərindən düzəlib, "alma ağacları olan tala" deməkdir. Keçmişdə "Çanaxçı" da adlanırdı. Yaşayış məntəqəsi cır alma ağaclarının bol olduğu talada çanaxçı nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Almalıdərə (Oğuz, Zəngilan, Goyçay, Laçın), Almalı düzü (Kəlbəcər), Almalı çökək (Gədəbəy), Almalı cuxur (Laçın) yer adları da "alma ağacları ilə zəngin yer" mənasını ifadə edir.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəAlmalıtala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5194 | Məbəd[4] | Qeyd olunmayıb | Almalıtala kəndi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
redaktəKənd ziyarətgah yerlərindən biri olan Haçaqaya ziyarətgahı və yüksəkliyinin yaxınlığında, dəniz səviyyəsindən təqribən 1800 m yüksəklikdə yerləşir. Qeyri-maili torpaq səthinə sahib olan kənd, mərkəzdən keçən kiçik kənd çayı — Ağçay vasitəsi ilə 2 hissəyə ayrılır. Kəndin yaxınlığından — girişindən regionun böyük çaylarından olan Zəyəmçay keçir.
Belə yüksəklikdə yerləşdiyinə görə iqlimi yayda mülayim, qışda isə sərt olur.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 220 | 114 | 106 |
2009[6] | ↗316 | ↗164 | ↗152 |
İqtisadiyyatı
redaktəƏhali əsəsan kənd təsərrüfatının 2 sahəsi ilə — əkinçilik və heyvandarlıqla məşğul olur. Əkinçilikdə əsasən kartof əkininə üstünlük verilir. Bundan başqa az miqdarda qarğıdalı, günəbaxan və tərəvəz çeşitləri də əkilir. Heyvandarlıqda iri və xırda buynuzlu heyvanlar saxlanılır. Bundan başqa meyvə — alma, armud, fındıq, qoz, qara moruq və s. də yetişdirilir.
Mədəniyyəti
redaktəKənddə Almalıtala kənd kitabxana filialı fəaliyyət göstərir.[7]
Təhsil
redaktəKənddə Almalıtala kənd ibtidai məktəbi fəaliyyət göstərir.[8][9]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=107.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 98" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ Almalıtala // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 37. ISBN 978-9952-34-155-3.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 131" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-06.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 157.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 210". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
- ↑ "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.