Alman Mediatizasiyasi - Wikipedia
Mediatizasiyadan öncə Almaniya (1789) | Mediatizasiyadan öncə Almaniya (1815) |
---|
Alman mediatizasiyası (alm. deutsche Mediatisierung) — 1802–1814-cü illərdə Almaniyada və ətraf bölgədə çoxlu sayda Müqəddəs Roma imperiyası mülklərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi yolu ilə baş verən əsas yenidənqurma layihəsi. Müqəddəs Roma imperiyasının əksər teokratik knyazlıqları, azad imperiya şəhərləri, dünyəvi knyazlıqlar və digər kiçik özünü idarə edən qurumları müstəqil statuslarını itirərək, qalan dövlətlərin tərkibinə daxil oldular. Mediatizasiya prosesinin sonunda alman dövlətlərinin sayı təxminən 300-dən cəmi 39-a endirildi.
Alman dövlətlərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi almanların təşəbbüsü ilə deyildi. İnqilabçı Fransa və Napoleonun amansız hərbi və diplomatik təzyiqinə məruz qalaraq başlanan bu proses 1945-ci ilə qədər Almaniya tarixində əmlak və ərazilərin ən geniş şəkildə yenidən bölüşdürülməsini təşkil etdi.[1]
İstinadlar
redaktə- ↑ Whaley, J., Germany and the Holy Roman Empire (1493–1806), Oxford University Press, 2011, vol. 2, p. 620.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |