Almaniya Fehle Partiyasi - Wikipedia
Almaniya fəhlə partiyası (alm. Deutsche Arbeiterpartei, DAP) — Almaniyada 1919-cu ildə yaranmış partiya.
Almaniya Fəhlə Partiyası | |
---|---|
Sədri | Anton Dreksler |
Qurucu | |
Quruluş tarixi | 5 yanvar 1919 |
Dağılma tarixi | 24 fevral 1920 |
Baş qərargah | |
İdeologiya | Alman milliyətçiliyi, millətçilik, antikommunizm |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəVeymar konstitusiyası qəbul ediləndən sonra da Almaniyada inqilabi əhvali-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, Almaniyada həm millətçilik, həm də sosializm ideallarına sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu partiyanın adını dəyişdirərək Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP) adlandırdılar.
Məşhur üzvləri
redaktə- Anton Dreksler — partiyanın banisi və lideri
- Adolf Hitler
- Ernst Röm
- Alfred Rozenberq
- Hans Frank
- Ditrix Ekkart
Ədəbiyyat
redaktəBiblioqrafiya
redaktə- Evans, Richard J. The Coming of the Third Reich. New York; Toronto: Penguin. 2003. ISBN 978-0-14-303469-8.
- Kershaw, Ian. Hitler: 1889–1936: Hubris. New York: W. W. Norton & Company. 1999 [1998]. ISBN 978-0-393-04671-7.
- Kershaw, Ian. Hitler: A Biography. New York: W. W. Norton & Company. 2008. ISBN 978-0-393-06757-6.
- Mitcham, Samuel W. Why Hitler?: The Genesis of the Nazi Reich. Westport, Conn: Praeger. 1996. ISBN 978-0-275-95485-7.
- Shirer, William L. The Rise and Fall of the Third Reich. New York: Simon & Schuster. 1960. ISBN 978-0-671-62420-0.
- Zentner, Christian; Bedürftig, Friedemann. The Encyclopedia of the Third Reich. New York: Da Capo Press. 1997 [1991]. ISBN 978-0-3068079-3-0.