Almaniya Hemkarlar Ittifaqlari Konfederasiyasi - Wikipedia
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (alm. Deutscher Gewerkschaftsbund – DGB) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiyanın baş qərargahı Berlində yerləşir.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası DGB | |
---|---|
alm. Deutscher Gewerkschaftsbund | |
Növü | Həmkarlar ittifaqı |
Yaranma tarixi | 12 oktyabr 1949 |
Mərkəzi | Berlin |
Sədr | Reyner Hofman |
dgb.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1933-cü ilə qədər
redaktəAlmaniya Həmkarlar İttifaqları Konfederasiyasının ilk ümumi komissiyası 14 mart 1892-ci ildə Halbertştad şəhərində yaradılmışdır. Həmin vaxt onun 300.000 üzvü var idi. 1919-cu ildə iyunun 30-dan iyulun 5-dək Nürnberq şəhərində keçirilən qurultayda Ümum Alman Həmkarlar İttifaqları Konfederasiyasının əsası qoyulmuşdur. Konfederasiyanın sıralarında 3 milyon üzvü olan 52 birlik birləşirdi. 1933-cü il mayın 2-də isə ölkədəki bütün həmkarlar ittifaqları nasist rejimi tərəfindən buraxılmışdır.
1946-1949-cu illər
redaktə1946-1949-cu illərdə alman həmkarlar ittifaqları yenidən təsis olundu. 1946-cı il oktyabrın 9-11-də Almaniyanın Sovet işğalı zonasında yerləşən indiki Berlin şəhərində Azad Alman Həmkarlar İttifaqları Konfederasiyası, 1947-ci ilin aprel ayının 25-də isə müttəfiqlərin işğalı zonasında Alman Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi. Hər iki konfederasiya 1990-cı ildə Almaniya Həmkarlar İttifaqları Konfederasiyası ilə birləşdi. Həmin konfederasiya 1949-cu il oktyabr ayının 12-də Münhen şəhərində təsis olunub.
Fəaliyyəti
redaktəKonfederasiya 4 ildən bir Federal Qurultay keçirir. Bu qurultayda həmkarlar ittifaqının aparacağı siyasi xətti müəyyən edilir və 5 federal icraedici seçilir.
Konfederasiyanın üzvü olan federasiyaların rəhbərləri İcraiyyə Komitəsini formalaşdırırlar. Konfederasiyanın İcraiyyə Komitəsi bu quruma daxil olan üzv birliklərin prezidentləri ilə birlikdə təsis edilir. İcraiyyə Komitəsinin üzvləri, regional təşkilatların prezidentləri və üzv birliklərdən 70 nəfərdən ibarət nümayəndə heyəti ilə birlikdə Federal Şura yaradılır. Şura ildə bir dəfə toplanaraq, milli məsələlərə dair qərarlar qəbul edir.
Konfederasiyanın həmçinin "Almaniya Həmkarlar İttifaqları Konfederasiyası-Gənclik" adlanan (alm. DGB-Jugend) təşkilatı da var.
Tərkibi
redaktəKonfederasiyası ölkədəki bütün çalışanları təmsil edir.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası 8 sahə birliyindən ibarətdir.
Üzvlərinin sayı
redaktəÜzvlərinin sayı (2017)[1] | |||||||
---|---|---|---|---|---|---|---|
Sahə birliyi | Qadın | Kişi | Cəmi | ||||
alm. IG Bauen-Agrar-Umwelt azərb. Tikinti, Kənd Təsərrüfatı və Ətraf Mühit işçilərinin Həmkarlar İttifaqı |
IG BAU | 67,069 | 26.35% | 187,456 | 73.65% | 254,525 | 4.25% |
alm. IG Bergbau, Chemie, Energie azərb. Dağ-Mədən Sənayesi, Kimya və Enerji İşçilərinin Həmkarlar İttifaqı |
IG BCE | 137,012 | 21.49% | 500,611 | 78.51% | 637,623 | 10.64% |
alm. Gewerkschaft Erziehung und Wissenschaft azərb. Təhsil və Elm İşçilərinin Həmkarlar İttifaqı |
GEW | 199,529 | 71.71% | 78,714 | 28.29% | 278,243 | 4.64% |
alm. IG Metall azərb. Metal İşçilərinin Həmkarlar İttifaqları |
IGM | 406,893 | 17.98% | 1,855,768 | 82.02% | 2,262,661 | 37.74% |
alm. Gewerkschaft Nahrung-Genuss-Gaststätten azərb. Qida, İçki və Xidmət İşçilərinin Həmkarlar İttifaqı |
NGG | 83,741 | 41.89% | 116,180 | 58.11% | 199,921 | 3.33% |
alm. Gewerkschaft der Polizei azərb. Polis İşçilərinin Həmkarlar İttifaqı |
GdP | 46,032 | 24.86% | 139,121 | 75.14% | 185,153 | 3.09% |
alm. Eisenbahn- und Verkehrsgewerkschaft azərb. Dəmiryol İşçilərinin Həmkarlar İttifaqı |
EVG | 41,204 | 21.69% | 148,771 | 78.31% | 189,975 | 3.17% |
alm. Vereinte Dienstleistungsgewerkschaft azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı |
ver.di | 1,038,221 | 52.24% | 949,115 | 47.76% | 1,987,336 | 33.15% |
Yekun | DGB | 2,019,701 | 33.69% | 3,975,736 | 66.31% | 5,995,437 | 100.00% |
Rəhbərləri
redaktəTəşkilatın prezidenti Reyner Hofmandır. Ondan əvvəlki rəhbər Mixayıl Zommer 2010-cu ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti seçilmişdir.
Xarici əlaqələri
redaktəAvropa Həmkarlar İttifaqları Konfederasiyasının və Həmkarlar İttifaqları Məşvərətçi Komitəsinin üzvüdür.
2009-cu ildə Berlin şəhərində Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilmiş qurultayda bir çox ölkələrdən nümayəndə heyəti iştirak etmişdir.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
- F.Deppe/G.Fülberth/H.J.Harrer: Geschichte der deutschen Gewerkschaftsbewegung ISBN 3-7609-0290-1
Mənbə
redaktə- Əsmər HƏSƏNLİ. Almaniya Həmkarlar İttifaqları Konfederasiyası Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 10.02.2012. (az.)
İstinadlar
redaktə- ↑ Mitglieder in den DGB-Gewerkschaften 2017 Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine. dgb.de (alm.)
Xarici keçidlər
redaktə- dgb.de — Rəsmi saytı