Almaniya Metbexi - Wikipedia
Almaniya mətbəxi (alm. deutsche Küche) — Almanların mətbəxi.
Tarixi
redaktəAlman mətbəxinin çox zəngin və maraqlı tarixi var[1]. Onun kulinar ənənələri ölkənin regionlarınlardan asılı olaraq fərqlənir. Vahid alman mətbəxi anlayışı XIX əsrin ikinci yarısında Alman torpaqların bir ölkəyə birləşməsi ilə eyni zamanda ortaya çıxdı[2][3][4].
Kartof məhsulları
redaktəAlman mətbəxində kartofun bir çox hazırlama üsülü var: kartofu duxovkada bişirmək, yağda qızartmaq və ya soyuq salatlara əlavə etmək olar. Almanlılar kartof püresini o qədər də sevmir; onlar əriştəyə üstünlük verir. Ləzzətli və bol alman yeməyin misalı kimi Ayntopfu göstərmək olar – tamdəyərli naharı əvəz edən böyük küpədə bişirilən yemək. İstifadə olunan inqrediyentlərdən asılı olaraq, o, şorba, pörtlənmiş xörək və ya qulyaşı xatırlayır. Əlinizin altında olan məhsullardan bu yeməyə qata bilərsiniz. Desertlərin arasında ən çox seviləni başlanğıcını Avstriyadan götürən Afeıştrudel – isti isti verilən alma piroqudur[5][6].
Regional ənənələr
redaktəQərbi Almaniyanın Şvarsvald və Baden-Vürtemberq regionunda qonşu İsveçrə və Fransanın güclü təsirini duymaq olar. Bu mətbəxdə tərəvəzlərin çox böyük rolu var. Cənubə yaxın, xüsusilə Bavariyada, daha yağlı yeməklərdən istifadə olunur. Ola bilər ki, bu səbəbdən Alman mətbəxi illlər boyu çox yağlı hesab olunub və dünyada öz populyarlığını qazanmayıb. Buna baxmayaraq, o, çox incə mətbəxlərdən biri olaraq, Almaniyadan xaricdə yaxşı tanınır[7][8].
Almansayağı şorbalar
redaktəŞorbalar Almaniyada çox populyar deyil; ən məşhur olan şorbalar Gulaschsuppe adlanan macarların qulyaşına oxşar şorba və fransız qırmızı soğan şorbasına oxşar Bohnensuppe və Zwiebelsuppe şorbalarıdır. Şərq Almanlar tez-tez solyanka – doğranılmış sosiska ilə ədvalı Ukrayna şorbasını bişirirlər. Sadalanlılardan daha populyar əriştəli şorbalardır – məsələn, Leberknödelsuppe adlanan Bavariya şorbası. Qalan qəlyanaltılar sadədir. Onlar paştet, salat və ya soyuq ətlərdən ibarət ola bilər. Cənubda balıq və dəniz məhsullardan daha çox istifadə olunur. Alabalıq Almanlıların ən çox sevdıkləri balıq hesab olunur[9][10].
Ət yeməkləri
redaktəAlmaniyada, təkcə, kolbasa və sosiskanın 1500 növü var[11][12]. Ayntopf (almanca: Eintopf — quru şorba) alman mətbəxinin əsas yeməklərindən sayılır. Alman mətbəxi olduqca doyumlu və yüksək kalorili, lakin çox ləzzətlidir. Ət, xüsusilə bir çox üsüllarla bişirilən donuz əti, çox populyardır. Orta yaşlı alman il ərzində 84 kq ət yeyir[13]. Yer səthində Alman sosiskaları, məs. hotdoq kimi tanınan frankfurters haqqında eşitməmiş adamı tapmaq qeyri-mümkündür. Alman mətbəxinin ənənəvi ət yeməkləri içərisində şnitsel xüsusi yer tutur.
Turş kələm
redaktəAlmaniyada kələmin bütün növləri çox sevilir: bişirilmiş, yağda qızardılmış və ya turş. Bu ən’ənə öz başlanğıcını çoxdan bəri götürür, lakin öz əhəmiyyətini indiyə qədər itirməyib. Təzə kələm marinada qoyulur və Saurekraut, qırmızı kələm isə alma ilə bişirilərək Apfelrotkohl adlanır. Almanlar mərəçüyüdü çox sevir. Mərəçüyüd mövsumu apreldə başlayır və iyunda bitir. Bu mövsum ərzində bütün restoranlar xüsusi mərəçüyüd menyularını təqdim edir.
İçkilər
redaktəQəhvə Almaniyada çaydan çox sevilən içkidir[14]. Almanlar "Kaffeekuchen" adlandıran yemək qəhvə ilə istənilən pirojnadan ibarətdir. Almanlar bütün növ ailə bayramlarını, hətta ailə üzvləri ilə birqə yeyilən sadə yeməkləri çox sevir[15]. Almanlar pivə içməyi çox sevirlər, və bu içki orada nömrə bir içkisi sayılır[16]. Bu səbəbdən Almaniyaların hətta Oktoberfest adlanan populyar pivə festivalı vardır. Ən məşhur pivə növləri arasında: pils – ənənəvi acı pivə və wizen – fermentasiya prosesində ağ rənğı əldə edən 50 % buğda mayası olan pivədir. Oktoberfest festival zamanı çoxlu miqdarda soyuq ətlər və donuz ayağları yeyilir[17].
Çörək
redaktəBretzel — Almaniyanın Bavariya əyalətində diametri 10–15 sm olan çörək növüdür.
Qida sənayesi
redaktəAlmaniya qida sənayesinə görə Avropa İttifaqında üçüncü ən böyük yerdədir[18]. 2013-cü ildə Almaniyada qida istehsalı təxminən 66 milyard avro olmuşdur[19]. Bir çox qida məhsulları beynəlxalq tanınmış brendlərdir[20].
-
Marmelad ayıcıqlar
-
Mini bretzellər
-
Lübek marzepanı
İstinadlar
redaktə- ↑ Sevin, D.; Sevin, I. Wie geht's?. Cengage Learning. 2010. səh. 81. ISBN 978-1-133-16897-3. February 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ "Michelin Guide restaurants for Germany". 20 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2015.
- ↑ "German cuisine beats Italy, Spain in gourmet stars". Reuters. 28 March 2011. 17 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 March 2011.
- ↑ "Schnitzel Outcooks Spaghetti in Michelin Guide". Deutsche Welle. 15 November 2007. 15 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2012.
- ↑ Aesther, Sonya. "Bloch & Falk: A Special Wurst (sausage) Store". German-Jewish Cuisine. 24 September 2013. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2018.
- ↑ "Fleischkonsum pro Kopf in Deutschland in den Jahren 1991 bis 2015 (in Kilogramm)". Statista.com. 2022-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11.
- ↑ Walker, I. Germany. Major European Union Nations. Mason Crest. 2014. səh. 64. ISBN 978-1-4222-9267-9. April 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ New Home Economics. Forbes. 1988. səh. 4. April 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ GLOBEFISH Research Programme. GLOBEFISH Research Programme (alman). Food and Agriculture Organization of the United Nations, Fishery Industries Division. 1989. səh. 4. April 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ MacVeigh, J. International Cuisine. Cengage Learning. 2008. səh. 166. ISBN 978-1-111-79970-0. April 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ "Guide to German Sausages & Meat Products". 2008-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.
- ↑ "Wurst" is best: German cold cuts. (2008, 05). German Review
- ↑ Zentrale Markt- und Preisberichtstelle für Erzeugnisse der Land-, Forst- und Ernährungswirtschaft GmbH [ölü keçid]
- ↑ Tucker, C.M. Coffee Culture: Local Experiences, Global Connections. Routledge Series for Creative Teaching and Learning in Anthropology. Taylor & Francis. 2017. səh. 65. ISBN 978-1-317-39225-5. April 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ The Black Forest (Rough Guides Snapshot Germany). Rough Guides. Rough Guides. 2015. səh. pt101. ISBN 978-0-241-23481-5. İstifadə tarixi: November 30, 2017.
- ↑ Fuller, S. Fuller's Fans Guide to German Stadiums. Stuart Fuller. 2005. səh. 195. ISBN 978-0-9551425-1-2. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ "Merkblatt über Schankgefäße - Eichrechtliche Vorschriften (instruction sheet regarding calibration of drinking vessels) (alm.)" (PDF). 2012-07-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-27.
- ↑ Ibp, I. Doing Business and Investing in Germany Guide Volume 1 Strategic and Practical Information. International Business Publications USA. 2009. səh. 29. ISBN 978-1-4387-1049-5. April 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
- ↑ Facts and figures on German agricultural exports Arxivləşdirilib 2018-08-23 at the Wayback Machine Federal Ministry of Food and Agriculture
- ↑ Fraser, C.C.; Hoffmann, D.O. Pop Culture Germany!: Media, Arts, and Lifestyle. Pop Culture Germany!: Media, Arts, and Lifestyle. ABC-CLIO. 2006. səh. 145. ISBN 978-1-85109-733-3. April 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 30, 2017.
Ədəbiyyat
redaktə- Sarah Kelly. Specialty Baking in Germany, Austria, and Switzerland // Alan Davidson (redaktor). National & Regional Styles of Cookery: Oxford Symposium 1981, Proceedings. Prospect Books. 1981. ISBN 978-0-907325-07-9.
- Ursula Heinzelmann. Beyond Bratwurst. A History of Food in Germany. Reaktion Books. 2014. ISBN 9781780232720.
- Bach, V. The Kitchen, Food, and Cooking in Reformation Germany. Historic Kitchens. Rowman & Littlefield Publishers. 2016. səh. 153. ISBN 978-1-4422-5128-1. İstifadə tarixi: November 30, 2017.
- Metzger, Christine (ed.) Culinaria Germany. Cambridge: Ullmann, 2008.
Xarici keçidlər
redaktə- Alman mətbəxi kayzen.az saytında
- Almaniyada yemək, mədəniyyətlər və mətbəxi Arxivləşdirilib 2018-01-17 at the Wayback Machine
- GermanFoods.org