Alpout Lacin - Wikipedia
Alpout — Azərbaycan Respublikasının Laçın rayonu Qoşasu kənd inzibati ərazi dairəsində kənd.[1]
Alpout | |
---|---|
39°45′19″ şm. e. 46°22′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəƏvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp-Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir. XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XV əsərdən sonra "alp" sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı "dəli" adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu söz də arxaikləşmiş və dilimizdə "igid" sözü işlənmişdir.
Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat, el mənasında işlənir. Yəni, igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Mədəniyyəti
redaktəAlpout kəndində məktəb, kitabxana, klub və mağaza var idi.
Coğrafiyası və iqlimi
redaktəKənd Hocazsu çayının sol sahilində, Qabaqtəpə dağının ətəyindədir.[2]
Bu kənd rayon mərkəzindən 40 km. şimal-qərbdə yerləşir.
Əhalisi
redaktəErmənistan işğalınadək kənd əhalisi azərbaycanlılardan ibarət idi.
Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fatehlər:
- Əşrəf Yediyar oğlu Nəsibov (1968-1992)
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
redaktəMənbə
redaktə- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 38.
- Əli Əliyev, Laçın – Qədim Oğuz yurdu. Bakı-2009. "Avropa" nəşriyyatı. səh. 20.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Alpout (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Xarici keçidlər
redaktə- Laçının zəngin təbii ehtiyatları 17 ildir düşmən işğalı altındadır Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |