Alpout Ucar - Wikipedia
Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Alpout | |
---|---|
40°26′25″ şm. e. 47°36′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3405 (2009) nəfər |
Tarixi
redaktəƏvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.
Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı dəli adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu sözdə də arxaikləşmiş və dilimizdə igid sözü işlənmişdir.
Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat-el mənasında işlənir. Yəni igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.
Etimologiyası
redaktəAlpout or., sadə. 1. Bərdə r-nunun eyni-adlı i.ə.v.-də kənd. Yuxarı Qarabağ kanalından bir qədər aralı, Qarabağ düzündədir; 2. Goranboy r-nunun Fəxralı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. 1953-cü ildə keçmiş
Samux r-nunun Alpout kəndinin buraya köçürülməsi ilə yaranmış yaşayış məntəqəsi keçmiş kəndin adını saxlamışdır; 3.Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şilyan çayının sol sahilində, Şirvan düzündədir; 4. Qazax rayonunun eyniadlı i.ə.v.-də kənd. Coqas çayının sol sahilində, dağ ətəyindədir; 5. Laçın r-nunun Qoşasu i.ə.v.-də kənd. Hocazsu çayının sol sahilində, Qabaqtəpə dağının ətəyindədir; 6. Ucar r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. 1914, 1917-ci illərə aid mənbələrdə Azərb.-nın Quba, Ağdam, Şamaxı (2), Samux rayonlarında da Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki,VIII əsrdən mənbələrdə adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.[1]
Əhalisi
redaktəAlpout kənd əhalisinin sayı 3405 nəfərdir (2009-cu ilin statistikası).[2]
Mədəniyyəti
redaktəKənddə 2 orta məktəb,1 uşaq bağçası,1 mədəniyyət evi,2 kitabxana ,1 həkim ambulatoriyası vardır.
Coğrafiyası və iqlimi
redaktəAlpout kəndi rayon mərkəzindən qərb hissədə yerləşir. Sahəsi 7388 hektardır. Torpaqları əsasən şoran torpaqlardır.[3]
İqtisadiyyatı
redaktəKənddə pambıqçılıq, taxılçılıq, tərəvəzçilik, yemçilik və heyvandarlıq inkişaf etmişdir.
Din
redaktəKənddə Hz. Əbəlfəzl adına "Cümə" məscidi dini icması fəaliyyət göstərir[4].
Mənbə
redaktə- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. I cild, səh. 38.
- Əli Əliyev, Laçın – Qədim Oğuz yurdu. Bakı-2009. "Avropa" nəşriyyatı. səh. 20.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, 304 səh.
- ↑ Azərbaycan Respuublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)