Altay Hesenov - Wikipedia
Altay Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi, Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti.
Altay Həsənov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Mükafatları |
Həyat və fəaliyyəti
redaktəAltay Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib.
Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.
- 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib.
- 1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib.
- 1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.
- 1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub.
- 1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib
- 1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
- 2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Ailəsi
redaktəAiləlidir, bir qızı, üç nəvəsi var.
Mükafatları
redaktə2015-ci il 29 iyun tarixində prezident İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, "Şöhrət" ordeni ilə təltif edilib.[1]
04 fevral 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[2]
İstinadlar
redaktə- ↑ "I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
- ↑ "A.T.Həsənovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-04.
Xarici keçidlər
redaktə- "Birinci vitse-prezidentin Katiblik rəisi kimdir - Altay Həsənovun" (az.). modern.az. 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.