Ambaras Mescidi - Wikipedia
Ambaras məscidi, Mir Cəfər Ağa məscidi və ya Yuxarı Ambaras məscidi— Azərbaycanda Ordubad şəhərində yerləşən XVII əsrə aid məscid və tarix-memarlıq abidəsi.
Ambaras məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Ordubad |
Aidiyyatı | Ordubad Dövlət Tarix-Memarlıq Qoruğu |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 5322 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Ambaras məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb. "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir.
Haqqında
redaktəYuxarı Ambaras məscidi Ordubad şəhərinin Ambaras məhəlləsində yerləşir.[1] Məscidin dəqiq inşa tarixi bilinmir.[2] XIX əsrdə məscid təmir olunarkən tavanında, taxta üzərində qara rənglə yazılmış kitabə qoyulub.[3][2] Bu kitabədə bunlar yazılıb:[2]
Ya Məhəmməd! Ya Əli! Ağa Mirzə Cəfər məscidini Ağababanın oğlu mərhum, mərifətli Cəfərqulu 1284-cü il tarixdə (05.05.1867-23.04.1868-ci il) təmir etdirdi. |
Kitabəyə əsasən məscidin XIX əsrdə "Ağa Mirzə Cəfər məscidi" adlandığı məlum olur.[2] Plan quruluşunun həlli, fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları məscidin XVII–XVIII əsrlərdə tikildiyini göstərir.[4][2] Ehtimal olunur ki, məscidi XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tikdirib.[5] Buna görə də məscid həm də "Ağa Mirzə Cəfər" və "Mir Cəfər Ağa" məscidi kimi adlandırılır.[6][3]
Naxçıvan-Marağa memarlıq məktəbinə aid edilən məscid düzbucaqlı formadadır.[4] Fasadı dəmir və kərpiclə, içərisi isə daş və kərpiclə işlənib. Tavanı altı sütun üzərində dayanır. Pəncərə və qapıları şəbəkəlidir. İkinci mərtəbəsi qadınların ibadəti üçün ayrılıb.[7]
Sovet işğalında
redaktəAzərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[8] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[9] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[9][10] Yuxarı Ambaras məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.
Müstəqillikdən sonra
redaktəAzərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[11] Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Ambaras məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.[12]
2024-cü ildə burada "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.[13][14] Ordubad rayonunda yerləşən 299 abidənin 200-dən çoxu, o cümlədən də Yuxarı Ambaras məscidi qoruğun ərazisində yerləşir.[15][16]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan abidələri ensiklopediyası, 2008. səh. 22
- ↑ 1 2 3 4 5 Səfərli, 2017. səh. 49
- ↑ 1 2 Naxçıvan tarixi: II cild, 2014. səh. 200
- ↑ 1 2 Naxçıvan ensiklopediyası: I cild, 2005. səh. 24
- ↑ Naxçıvan abidələri ensiklopediyası, 2008. səh. 23
- ↑ "Ordubad şəhəri Yuxarı Ambaras məscidi". Sirat.az (az.). 2022-05-27. 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-16.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 222. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Naxçıvan Muxtar Respublikası ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri (az.). Naxçıvan: Qızıl dağ nəşriyyatı. 2009. 31.
- ↑ ""Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-16.
- ↑ ""Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi müəyyən edilib". Report İnformasiya Agentliyi (az.). 2024-04-07. İstifadə tarixi: 2025-01-16.
- ↑ ""Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu". ordubadcemiyyeti.az. İstifadə tarixi: 2025-01-16.
- ↑ Əsgərov, Nail. ""Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görüləcək işlər müəyyənləşib". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 2024-04-08. 2024-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-16.
Ədəbiyyat
redaktə- The encyclopaedia of “Nakhchivan monuments” (az.). Naxçıvan: national Academy of sciences of Azerbaijan nakhchivan branch. 2008. səh. 521.
- Naxçıvan ensiklopediyası (az.). I. Naxçıvan: Elm nəşriyyatı. 2005. səh. 360. ISBN 5806614689.
- Naxçıvan tarixi (az.). II. Naxçıvan: Əcəmi NPM. 2014. səh. 528. ISBN 9789952823738.
- Səfərli, Hacıfəxrəddin. Naxçıvanın türk-islam mədəniyyət abidələri (az.). Naxçıvan: Əcəmi NPM. 2017. səh. 216.