Amerika Aqavasi - Wikipedia
Amerika aqavası (lat. Agave americana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin aqava cinsinə aid bitki növü.
Amerika aqavası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Amerika aqavası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəTəbii halda Meksikada yayılan çoxillik bitkidir.
Botaniki təsviri
redaktəŞirəli, qalın yarpaqları bitkinin kök boğazından çıxaraq, sıx yarpaq yığımı əmələ gətirir. Yarpaqları boz-yaşıl rənglı, 2 m uzunluğunda, 20-25 sm enində olub, xətvari-neştərvaridir, uc hissəsi 3 sm. uzunluğunda hər iki tərəfi tikanlıdır. Yaşadığı dövrdə bir dəfə çiçək açır, çıçəkləmə qurtardıqdan sonra çoxlu kök pöhrələri əmələ gətirir və əsas bitki məhv olur. 20-25, bəzən isə 30-35 ildən sonra çiçək açır. Yarpaq yığımının mərkəzindən uzunluğu 10-12 m-ə qədər olan çiçək zoğu qalxır. Çiçək zoğunun ucunda 1 m uzunluğunda çoxlu sarımtıl zəngvari çiçəklər əmələ gəlir. Çiçəkləmə 8 aya qədər davam edir.
Abşeron şəraitində yığılan aqava toxumları cücərmə qabiliyyətinə malik deyil, kök pöhrələri vasitəsi ilə asanlıqla çoxaldılır. Adətən toxumlar gövdənin altında cücərir.
Ekologiyası
redaktəQuraqlığa, küləyə işığa davamlı, qumlu, şoran torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
redaktəBakıda, Sumqayıtda, Ələtdə, Qobustanda və digər rayonlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
redaktəYaşıllaşdırmada, tək əkinlərdə istifadə edilir. Bir çox ölkələrdə yarpaqlarından kəndir istehsalında, gəmilərin hazırlanmasında istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Agave spectabilis Salisb.
- Aloe americana (L.) Crantz
Yarımnövləri
redaktə- Agave americana subsp. americana
- Agave americana var. expansa (Jacobi) Gentry
- Agave americana var. franzosini Sprenger
- Agave americana var. oaxacensis Gentry
- Agave americana subsp. protamericana Gentry
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 323.
- ↑ Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 45–48. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8