Ana - Wikipedia
Ana! (ing. Mother!) — Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub.
Ana! | |
---|---|
ing. Mother! | |
Janr | müəmma filmi, dram filmi, qorxu filmi, triller filmi |
Rejissor | Darren Aronofski |
Prodüserlər |
Skott Franklin Ari Hendel |
Ssenari müəllifi | Darren Aronofski |
Baş rollarda |
Cennifer Lourens Xaviyer Bardem Ed Harris Mişel Pfayfer |
Montajçı | Endrü Vaysblum[d] |
İstehsalçılar |
Protozoa Pictures Distribütor: Paramount Pictures |
Distribütor | Paramount Pictures, UIP-Dunafilm[d][3], Netflix, Hulu[d] |
İlk baxış tarixi |
5 sentyabr 2017 (Venesiya) 15 sentyabr 2017 (ABŞ) |
Müddət | 121 dəq.[1] |
Büdcə | 30 milyon $ [2] |
Gəlir | 44,5 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
Rəng | rəngli |
IMDb | ID5109784 |
Vikianbarda əlaqəli mediafayllar |
Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi.[4] Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına baxmayaraq film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.[5]
Məzmun
redaktəFilm tamamilə yanıb kül olmuş evdə şair Himin ştativə kristal obyekti yerləşdirməsi ilə başlayır. Bunun ardınca dağılmış ev Ədən bağı mənzərəsinə bənzər görüntüyə sahib gözəl evə çevrilir. Himin həyat yoldaşı və özünün də adlandırdığı kimi ilham pərisi ana yuxudan oyanır və çarpayıdan qalxır. Həyat yoldaşının harada olduğuyla maraqlanmağa başlayır və onu səsləyir. Evi yeniləməyə başlayan ana bəzi qəribəliklər sezməyə başlayar və bunu divarı boyayarkən də hiss edər.
Bir neçə gün sonra özünü həkim olaraq tanıdan bir əcnəbi şəxs evə daxil olar və birgecəlik evdə qalmaq üçün icazə istəyər. Him sevə-sevə razı olar, lakin ana bu vəziyyətdən elə də məmnun qalmaz. Həmin gecə evin sakinləri qonağın güclü öskürəkdən əziyyət çəkdiyini bilərlər və ana onun bədənində açıq yara olduğunun fərqinə varar. Bir müddət sonra evə yenə gözlənilməz bir qonaq gələr. Bu, həmin kişinin həyat yoldaşı idi. Ana həmişəki kimi bu qonaqlardan çox narahat olar, lakin o susar. Him isə qadının da evdə qalmasına icazə verər. Ana Himə öz narazılığını bildirər, Him isə cavabında qonaqların özünün böyük pərəstişkarı olduqlarını və kişinin bir müddət sonra xəstəlikdən öləcəyini deyir. Him anadan bunları nəzərə alaraq evdə qalmaqlarına icazə istəyir, nəticədə ana da icazə verir.
Qadın bir neçə dəfə Himin otağına girmək istəyir, lakin ana ona icazə vermir. Buna baxmayaraq, bir dəfə kişi ilə qadın otağa daxil ola bilir və kristal obyekti yerə salır. Him buna çox əsəbiləşir, ana onları oradan rədd edir. Ardınca Him otağın qapısının üzərini taxtalar ilə mismarlayaraq bir daha girişinə icazə vermir.
Kişi ilə qadın evdən çıxmazdan əvvəl, onların kiçik və böyük oğlu evə daxil olaraq atalarının mirası uğrunda dalaşmağa başlayır. Mirasdan heç bir pay sahibi olmayacaq böyük oğul kiçik oğlu çox ağır yaralayar və qaçar. Him, kişi və qadın oğlanı yaralı oğlanı kömək üçün xəstəxanaya aparar. Evdə yalnız qalan ana qan izini təqib edərək zirzəmi divarının arxasındakı gizli neft tanklarını tapar.
Him geri qayıtdıqdan sonra oğlanın öldüyünü deyər. Onlarla insan onu yad etmək üçün evə gələr. Onlar özlərini çox kobud və qudurğan aparırlar ki bu da ananın əsəblərinə toxunur. Gələnlərdən üçü əlüzyuyanı sındırdıqdan sonra artıq ana buna dözə bilmir və bütün gələnləri evdən rədd edir. Ana Himə öz vacib işləri dura-dura evə bu qədər adam çağırdığına görə əsəbiləşir. Bu dava ehtiraslı bir sevişmə ilə bitir
Ertəsi səhər ana hamilə olduğunu söyləyir. Bu xəbər Himi sevindirir və öz əsərini tamamlamağa ilhamlandırır. Ana doğulacaq körpə üçün lazımlı əşyalar alır və onları evə yerləşdirir. O, Himin yazdığı yeni poemanı oxuduqdan sonra əsərin çox möhtəşəm olduğunu deyir. Əsərin nəşri çox uğurlu alınır və dərhal bütün tirajlar satılır. Bunun şərəfinə ana axşam ziyafəti hazırlayır, lakin şairi sevənlər yeməkdən əvvəl onun evinin qabağına toplaşır. Ana Himdən onları uzaqlaşdırmağını istəyir, lakin o inad edərək deyir ki, nəzakətli olmalıyıq və öz minnətdarlığımızı onlara bildirməliyik. Him qapının ağzında onlarla danışmağa başlayır. Ana bütün qapıları bağlamağa cəhd edir, amma insanlar həddən artıq çox idi və onlara müqavimət göstərmək çox çətin idi. Gələnlər evdən müxtəlif əşyalar oğurlamağa başlayır, evə zərər yetirir. Him olanlardan xəbərsizdi, çünki başı pərəstişkarların təriflərinə qarışıb. Yüzlərlə insan evi doldurur və ev bir xaos yuvasına çevrilir. Bir neçə dəqiqə sonra Ana otaqların birində şairin publisisti Carçının kütləvi şəkildə insanları öldürdüyünün şahidi olur. Ananı da öldürəcəyi an silahlı qüvvələr evə daxil olaraq otaqları parçalayan və bəzi rituallar keçirən çılğın gənclərlə qarşıdurmaya başlayır.
Ananın doğuş sancıları güclənir və o bir təhər də olsa Himi tapır. Him taxtalarla bərkitdiyi otağı açır və onu ora aparır. Ana həmin otaqda övladını dünyaya gətirir. Bu arada çöldə vəziyyət nisbətən sakitləşir. Him anaya gələnlərin körpəni görmələrini istədiyini deyir. Ana isə körpəni verməyəcəyini deyir və ondan bərk-bərk yapışır. Ana qısa mürgüyə getdiyi vaxt Him körpəni onun əlindən alır və onu çaxnaşmanın içinə aparır. Həmin çaxnaşmada körpənin səhvən boynu qırılır və ölür. Ana yuxudan oyanar və çaxnaşmada insanların oğlunun parçalanmış cəsədini yediklərini görər. Nifrətlə onlara bağırar və şüşə parçasıyla onların üzlərini parçalamağa başlayar. İnsanlar da buna qarşılıq onun üst-başını açıb vəhşicəsinə döyməyə başlayır. Ta ki, Him araya girənə qədər. O anadan onları bağışlamağı üçün yalvarır, lakin ana deyilənləri vecinə almır. O aradan çıxır və zirzəmidəki neft tanklarının olduğu yerə gedər və həmin tankı dəmir bir açarabənzər alətlə deşər. Ana alışqanı yerə atar və nəticədə ev partlayar, ətraf ərazi külə dönər.
Bu yanğından ana və Him sağ çıxar. Ana tükürpədici şəkildə yanıq izləri alar, amma Himin burnu belə qanamaz. Him anadan sevgi istəyər, ana da bunu qəbul edər. O, həyat yoldaşının döş qəfəsini açar və ürəyini oradan götürər. Qəlbi əlləriylə əzdikdə yeni bir kristal obyekt üzə çıxar. Him sevinərək kristalı ştativə yerləşdirər. Darmadağın olmuş ev filmin ilk səhnələrindəki kimi yenə köhnə halına qayıdar. Ana yuxudan durar və Himi səsləyər.
Rollarda
redaktə- Cennifer Lourens – Ana
- Xaviyer Bardem – Him
- Ed Harris – Kişi
- Mişel Pfayfer – Qadın
- Donal Qlison – Böyük oğul
- Brin Qlison – Kiçik oğul
- Kristen Viq — Carçı
- Emili Hempşir — Axmaq
İstinadlar
redaktə- ↑ "MOTHER! (18)". British Board of Film Classification. 2017-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2017.
- ↑ 1 2 "Mother! (2017)". Box Office Mojo. IMDb. 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2017.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ Venedik Özel: "mother!" İçin Venedik’te Alkışlar ve Yuhalamalar Arxivləşdirilib 2019-12-06 at the Wayback Machine, beyazperde.com
- ↑ Smith, Kyle. "Jennifer Lawrence's Grotesque Spoof of the Nativity". National Review. 14 sentyabr 2017. 29 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2018.
Xarici keçidlər
redaktə- Ana! — Facebook səhifəsi
- Mother! — Internet Movie Database saytında
- Mother! Rotten Tomatoes saytında (ing.)
- Mother! Metacritic-də