Ana Sozu Qezet - Wikipedia
Ana Sozu Qezet - Wikipedia - Haqqında Məlumat
"Ana sözü" (qaq. Ana Sözü) — Moldovada qaqauz dilində nəşr olunan ilk qəzet.
"Ana sözü" qəzeti | |
---|---|
qaq. Ana Sözü | |
Baş redaktor | Todur Zanet (1999-cu ildən) |
Yaranma tarixi | 14 avqust 1988 |
Dil | Qaqauz dili |
Ünvan | RM-2028, Moldova, Kişinyov, c/p № 1025 |
Ölkə | |
anasozu.com |
Tarixi
redaktəİlk qaqauz qəzeti olan "Ana sözü" Todur Zanetin əməyi sayəsində işıq üzü görmüşdür.[1] Qəzetin ilk nömrəsi 14 avqust 1988-ci ildə çap olunmuşdur.[2] Bundan sonra Todur Zanet 1988-1994-cü illərdə bu qəzeti çıxarmışdır.[3] O, 1999-cu ildən bu günədək qəzetin baş redaktorudur.[1][3]
Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımlar atılarkən, əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verilib, 1993-cu ilin sentyabr ayının 25-dən etibarən isə qəzet bütünlüklə latın qrafikasında çıxarmağa başlamışdır.[3]
Yubiley nömrələri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Əfsanə Bayramqızı. Qaqauz şairinin "Ana dilim" adlı kitabı Bakıda nəşr edilib Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine. "Xalq qəzeti", 08.06.2010 (az.)
- ↑ 27 yıl geeri çıktı “Ana Sözü” gazetanın ilk nomeri Arxivləşdirilib 2019-05-14 at the Wayback Machine. anasozu.com, 14.08.2015
- ↑ 1 2 3 Ramiz Əsgər. "Əbədi yaşasın millətim" Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine. "Xalq Cəbhəsi" qəzeti. 18 may 2010, səh. 14, anl.az (az.)
- ↑ Qaqauzların “Ana sözü” qəzetinin 500-cü sayı çapdan çıxıb Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. apa.az, 14.02.2007 (az.)
- ↑ Önünüzdä 600-cü nomerimiz Arxivləşdirilib 2022-04-22 at the Wayback Machine. anasozu.com, 29.03.2014
Xarici keçidlər
redaktə- anasozu.com — Rəsmi saytı