Anar Susali Mugenni - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Anar Şuşalı (Hüseynli Anar Vaqif oğlu 12 iyul 1978, Şuşa, DQMV) — opera-kamera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2008).
Anar Şuşalı | |||
---|---|---|---|
Anar Vaqif oğlu Hüseynli | |||
Ümumi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
||
Musiqiçi məlumatları | |||
Təhsili | Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası | ||
Mükafatları |
|
Həyatı
redaktəAnar Şuşalı (Hüseynli) 12 iyul 1978-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1984-cü ildə Şuşa şəhər 1 saylı orta məktəbə, 1989-cu ildə isə Şuşa musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. 1992-ci ilin may ayında Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1994-cü ildə Bakı şəhərindəki 36 saylı musiqi məktəbinin tar sinfini, 1995-ci ildə isə Bakı şəhərindəki 13 saylı Şuşa orta məktəbini bitirmişdir. Həmin ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasını solo oxuma ixtisası üzrə bakalavr dərəcəsini, 2001-ci ildə vokal ixtisası üzrə magistr dərəcəsini, 2003-cü ildə isə həmin ixtisas üzrə aspirantura dərəcəsini bitirmişdir. Bu müddət ərzində bir çox incəsənət xadimlərinin yubiley konsertlərində, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş konsertlərdə və müxtəlif dövlət tədbirlərində dəfələrlə çıxışlar etmişdir. Bir sıra xarici ölkədə — Yaponiya, Fransa, Norveç, İtaliya, Almaniya, Özbəkistan, Türkiyə, Rusiya, İran, Ukrayna, Koreya, Çin, Pakistan, Misir, Türkmənistan, Tacikistan, Qırğızıstan və Küveytdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir. 2008-ci ilin sentyabr ayında vokal sahəsində yaradıcılığını və xidmətlərini yüksək qiymətləndirən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2009-cu ildə Azərbaycan bəstəkarı, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun yeni quruluşda səhnələşdirilmiş "Arşın mal alan" operettasında baş rol olan Əsgər rolunu ilk dəfə rus və Azərbaycan dillərində böyük uğurla ifa etmişdir. Tamaşanın rus dilində ilk premyerası 11 oktyabr 2009-cu ildə olmuşdur. 2010-cu ilin may ayında isə Prezident mükafatçısı adına layiq görülmüşdür.
Azərbaycan Milli Konservatoriyasının "milli vokal" kafedrasının baş müəllimi — dosentidir.
Hərbi xidmətdə olub, ailəlidir, 3 övladı var.