Andrey Kononov - Wikipedia
Andrey Nikolayeviç Kononov (14 (27) oktyabr 1906 və ya 27 oktyabr (9 noyabr) 1906[1], Sankt-Peterburq[2] – 30 oktyabr 1986[1], Leninqrad) — Rusiya şərqşünası, türkoloqu.
Andrey Kononov | |
---|---|
rus. Андрей Николаевич Кононов | |
Doğum tarixi | 14 (27) oktyabr 1906 və ya 27 oktyabr (9 noyabr) 1906[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 1986[1] |
Vəfat yeri | |
Elm sahələri | dilçilik, türkologiya |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəAndrey Nikolayeviç Kononov 27 oktyabr 1906-cı ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu.1930-cu ildə Leninqrad Şərqşünaslı institutunun türkologiya fakültəsini bitirmişdi.
Andrey Nikolayeviçin müəllimləri məşhur şərqşünasları V. V. Bartold, E. E. Bertels, N. K. Dmitriyev, S. E, Malov, A. N. Samoqloviç olmuşdur.
1932–1938-ci illərdə Andrey Nikolayeviç Kononov türk dili müəllimi, 1933–1936-cı illərdə LŞİ-in aspirantı olmuşdur.
1934-cü ildən 1981-ci ilə qədər Leninqrad dövlət universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyasının kafedrasında müəllimlik etmişdir, 1949-cu ildən 1972-ci ilə qədər bu kafedrasını idarə etmişdir.
1953–1954-cü illərdə LŞİ şərqşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
1961–1963-cü illərdə SSRİ EA-nın şərqşünaslıq institutunun Leninqrad bölməsinin şöbə müdiri olmuşdur.
Komitənin sədri Andrey Nikolayeviç Kononov, SSRİ EA və Azərbaycan EA ortaq orqanı olan "Sovetskaya Türkologiya" jurnalının baş redaktoru SSRİ EA müxbir üzvü Əthəm Tenişev Bakıda Azərbaycanla yaxından maraqlanırdılar. Məsələ burasındadır ki, Bakıda yaşayan baş redaktorun birinci müavini o illərdə jurnalın fəaliyyətini faktiki olaraq təkbaşına yönləndirirdi. Bu səbəbdən jurnal istənilən səviyyədə çıxmırdı, hətta Sovet Türkoloqlar Komitəsinin bəzi üzvləri onun Moskvaya köçürülməsini təkidlə təklif edirdilər. Tofiq Məlikli Bakıya ezam olundu, "Sovetskaya Türkologiya" jurnalındakı durumu incələdikdən sonra bir neçə maddədən ibarət təklflər hazırladı və Komitəyə təqdim etdi. Bu təkliflərdən biri də beləydi: jurnalda daha çox dilçilik problemlərinə yer verildiyi nəzərə alınaraq baş redaktorun birinci müavini dilçi-alim olsun və bu vəzifəyə də Aydın Məmmədov təyin edilsin. Bəzi Komitə üzvləri, Aydının aspiranturada oxuduğu zaman baş vermiş xoşagəlməz hadisələri, 70-ci illərdəki vəziyyətini yada salaraq onun namizədliyinə ciddi etiraz edirdilər. Uzun dartışmalardan sonra A. N. Kononov və Əthəm Tenişevin dəstəkləriylə Aydın jurnalın birinci müavini təyin olundu.
Andrey Nikolayeviç Kononov 30 oktyabr 1986-cı ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.
Elmi yaradıcılığı
redaktəA. N. Kononov 55 ilini elmi və pedaqoji fəaliyyətə həsr etmiş, elmi kadrların yetişməsində böyük rol oynamışdır. Onun türkoloji qrammatika, leksikologiya, mətnşünaslıq, etimologiya, tarix, şərqşünaslıq sahələrində 250-dən çox elmi əsərlər yazmışdır.
Onun ilk irihəcmli əsəri 1934-cü ildə işıq üzü görmüş "Müasir türk dilinin qrammatikası" (həmmüəllif: X. Cövdatzade) əsəridir. O, 1941-ci ildə "Türk dilinin qrammatikası", 1948-ci ildə "Özbək dilininqrammatikası", 1956-cı ildə "Müasir türk ədəbi dilinin qrammatikası", 1960-cı ildə "Müasir özbək ədəbi dilinin qrammatikası" əsərlərini yazmışdır.
Onun rəhbərliyi altında türkoloji konferensiyalar keçirilmişdir. 1973-cü ildə Sovet türkoloqların komitəsinin yaradıclmasının təşəbbüskarı və sədri olmuşdur. Məhz bu komitə keçmiş sovet məkanında türkologiya sahəsində tədqiqat işlərinin və Rusiya Federasiyası və türkdilli respublikalar arasında əməkdaşlıqların artmasında əvəzolunmaz xidmətləri olmuşdur.
Əsərləri
redaktə
- Кононов А. Н. Грамматика турецкого языка. — М.-Л.: Изд-во АН СССР, 1941.
- Кононов А. Н. Опыт анализа термина турк // Советская этнография. 1949, № 1.
- Кононов А. Н. О семантике слов кара и ак в тюркской географической терминологии // Известия Отделения общественных наук Академии наук Таджикской ССР. 1954, вып. 5.
- Огузский героический эпос и "Книга Коркута" // Книга моего деда Коркута: Огузский героический эпос / Сост. В. М. Жирмунский и А. Н. Кононов. М.; Л., 1962.
- Кононов А. Н. Заметки тюрколога на полях "Словаря русских народных говоров". Выпуск первый: А. Составил Ф. П. Филин. М.-Л., 1965, 302 с. // Известия Академии наук СССР. Серия литературы и языка. 1966, т. XXV, вып. 3.
- Кононов А. Н. Заметки (II) тюрколога на полях "Словаря русских народных говоров". Выпуск второй: Ба-Блазниться. М.-Л., 1966, 314с; Выпуск третий: Блазнишка-Бяшутка. Л., 1968, 360 с. // Известия Академии наук СССР. Серия литературы и языка. 1969, т. XXVIИ, вып. 6.
- Кононов А. Н. Показатели собирательности-множественности в тюркских языках: Сравнительно-исторический этюд. Л., 1969.
- Кононов А. Н. Еще раз об этнониме "кыргыз" // Тюркологические исследования. Сборник статей, посвященный 80-летию академика К. К. Юдахина. Фрунзе, 1970.
- Кононов А. Н. Тюркское языкознание в Ленинграде. 1917–1967 // ТС. 1970.
- Кононов А. Н. В. В. Бартольд — выдающийся востоковед (К 40-летию со дня смерти) // СТ. 1970, № 6.
- Кононов А. Н. История изучения тюркских языков в России. Л., 1972.
- Кононов А. Н. От чайки до шайки // Русская речь. 1972, № 2.
- Кононов А. И. Еще раз о "Бабе-яге" // Русская речь. 1973, № 1.
- Кононов А. Н. О глаголе карашеваться // Русская речь. 1973, № 1.
- Кононов А. Н. Семантика цветообозначений в тюркских языках // Тюркологический сборник. 1975. М., 1978.
- Кононов А. Н. К этимологии этнонимов кыпчак, куман, кумык // Ural-altaische Jahrbucher. Bd. 48. Wiesbaden, 1976.
- Кононов А. Н. Тюркско-русские этимологические этюды // Культурное наследие Древней Руси: Истоки. Становление. Традиции. М., 1976.
- Кононов А. Н., Иориш И. И. Ленинградский восточный институт. Страница истории советского востоковедения. М, 1977.
- Кононов А. Н. Грамматика языка тюркских рунических памятников (VII–IX вв.). М.: Наука, 1980. 256 с. 1700 экз. (в пер.)
- Кононов А. Н. История изучения тюркских языков в России. 2-е изд. Л., 1982.
- Кононов А. Н. История изучения тюркских языков в России. Дооктябрьский период. Л., 1982.
- Кононов А. Н. Реорганизация Турецкого лингвистического общества. Новое научное общество в Турции // СТ. 1984, № 3.
- Кононов А. Н. Библиографический словарь отечественных тюркологов. Дооктябрьский период. 2-е изд., перераб., подготовил А. Н. Кононов. М., 1989.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ 1 2 Кононов Андрей Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Xarici keçidlər
redaktə- Тюркологический сборник. К шестидесятилетию академика А. Н. Кононова. М.: 1966. 276 с.
- Благова Г.Ф. Андрей Николаевич Кононов как председатель Советского комитета тюркологов//Тюркологический сборник. М., Восточная литература, 2007, 366 с.
- Кононов, Андрей Николаевич — статья из Большой советской энциклопедии
- Профиль Андрея Николаевича Кононова на официальном сайте РАН
- Статья на сайте ИВР РАН
- Статья в "Чувашской энциклопедии"
- Историческая справка на сайте Архива РАН
- Тенишев Э. Р. Академик А. Н. Кононов (к 75-летию)
- Андрей Николаевич Кононов (некролог) // "Вестник АН СССР", 1987, № 1, с. 122