Andrey Kotska - Wikipedia
Andrey Andreyeviç Kotska (ukr. Андрій Андрійович Коцка; 23 may 1911, Ujqorod – 3 noyabr 1987, Ujqorod) — Ukrayna-sovet rəssamı. Ukrayna SSR əməkdar incəsənət xadimi (1971), Ukrayna SSR xalq artisti (1982).
Andrey Kotska | |
---|---|
ukr. Андрій Андрійович Коцка | |
Doğum tarixi | 23 may 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 1987 (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Janrlar | portret, rəssamlıq |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAndrey Andreyeviç Kotska 23 may 1911-ci ildə Avstriya-Macarıstan dövlətinin bir hissəsi olan Ujqorod şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1931-ci ildə Ujqorodda ictimai rəsm məktəbini bitirmişdir. Kotska Adalbert Erdeli və İosif Bokşayın şagirdi olmuşdur. O, təhsilini Roma Rəssamlıq Akademiyasının monumental rəssamlıq şöbəsində davam etdirmiş, buranı 1942-ci ildə bitirmişdir. Kotska 1946-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvü olmuşdur. O, 1977-ci ildən SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin üzvü və Ukrayna SSR Rəssamlar İttifaqı İdarə Heyətinin Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Kotska 1932-ci ildən rəsm sərgilərində iştirak etmişdir. Onun ən rezonanslı sərgiləri Moskvada (1964), Ujqorodda (1981), Moskvada solo (1983), Trebişovda (Çexoslovakiya, 1984) solo sərgilərdir. Andrey Andreyeviç Kotska 1987-ci ildə Ujqorodda vəfat etmişdir.
Yaradıcılığı
redaktəAndrey Kotskanın əsərləri orijinal üslubdadır və qüsursuz rəngləmə ilə seçilir. Onun üslubu asanlıqla tanınır. Rəssamın bir növ vizit kartı "Qutsulok" və "Verxovinka" qadın portretləri seriyasıdır.
Kotskanın peyzaj əsərlərində dünya nizamlı və mütəşəkkil olur. Dağların zirvələri yuvarlanır və uzaq bir ölkə ilə birləşən dalğalar kimi olur. Evlər dağların yamaclarında elə dayanır ki, onların yerləşdirilməsi qaydasını sanki rəssamın iradəsi ilə deyil, insan tərəfindən müəyyən edilmişdir. "Küllərdə bahar" (1966) kiçik lirik rəsm əsərində müəyyən səssiz rəng üzvi şəkildə müxtəlif parlaq rənglərlə birləşdirilir. Burada dağ yamacında yerləşən kiçik kənd baharla qarşılaşmışdır. Bağlar çiçəklənmiş, yer üzü yaşıllığa bürünmüşdür. Yasəmən və mavi-çəhrayı tonlarda təsvir olunan dağlar yaşıllığa çevrilmişdir. Günəş şüaları müşahidə olunur, bitki örtüyü çiçək açmışdır. Rəsmin leytmotivi hər şeyin çiçəklənməsi və yenidən doğulmasıdır. Rəssamın daha bir əsəri olan "Peyzaj" (1970) qırmızı və mis damlar, mavi dağ zirvələri, ağ qar və zəhmətə ara vermək üçün bazar günü bayıra çıxan insanları təsvir edir. Həyatın dövranı, havanın, insanların, təbiətin hərəkəti təsvirin realizmini vurğulayır.[1]
2006–2007-ci illərdə Kotskanın bir neçə əsəri muzeylərdən və şəxsi kolleksiyalardan oğurlanmışdır.[2] Müəllifin əsərlərinin dəyərli olmasını həm də onun rəsmlərinin qiymətlərinin ildən-ilə sürətlə artması sübut edir. 2010-cu illərin əvvəllərində onların dəyəri 100%-dən çox artaraq on minlərlə qrivnaya çatmışdır. Kotska bu dövrlərdə ardıcıl olaraq Zakarpatiyanın ən "bahalı" rəssamları siyahısının ilk beşliyində dayanmışdır.[3]
İrsi
redaktə- Ujqoroddakı memorial muzey onun adını daşıyır.
- Ujqorodda, rəssamın yaşadığı evdə rəssamın şərəfinə xatirə lövhəsi var.
Seçilmiş əsərləri
redaktə- Ужгород
- Перечинский базар
- Домой
- Процессия
- Верховинка
- Веснянка
- Полонина Рогнеска (1958)
- Осенние краски (1960)
- Синевирское озеро (1960)
- В Карпатах (1979)
İstinadlar
redaktə- ↑ Ігор Шаров, Анатолій Толстоухов. Художники України: 100 видатних імен. — К.: АртЕк, 2007. – C. 182-186. ISBN 966-505-134-2 (ukr.)
- ↑ "Закарпатская областная универсальная научная библиотека им. Ф.Потушняка. Художники Закарпаття. Коцка Андрій Андрійович". 2019-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ "Художники Закарпаття. Коцка Андрій Андрійович". 2014-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-20.
Əlavə ədəbiyyat
redaktə- Біксей Л. Ідеал, реалізований через образ. 95-річчя від дня народження А.Коцки (ukr.)
- Мишанич, В. 95-річчя від дня народження Андрія Коцки відзначили в його музеї [Текст] / В. Мишанич // Ужгород. — 2006. — 27 трав. — С. 12. (ukr.)