Andrey Tarkovski - Wikipedia
Andrey Arsenyeviç Tarkovski (rus. Андре́й Арсе́ньевич Тарко́вский; 4 aprel 1932[1][2][…] – 29 dekabr 1986[2][3][…], Paris[5]) — sovet kinorejissoru, ssenarist, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissoru.
Andrey Tarkovski | |
---|---|
rus. Андрей Арсеньевич Тарковский | |
Doğum adı | Andrei Arsenyevich Tarkovsky[4] |
Doğum tarixi | 4 aprel 1932[1][2][…] |
Vəfat tarixi | 29 dekabr 1986[2][3][…] (54 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Fəaliyyəti | kinorejissor, aktyor, montajçı[d], ssenarist, bioqraf, kino aktyoru, teatr rejissoru, rejissor, film ssenaristi[d] |
Fəaliyyət illəri | 1958–1986 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0001789 |
Vikianbarda əlaqəli mediafayllar |
"Andrey Rublyov", "Solyaris", "Güzgü" və "Stalker", "Qurbanvermə" kimi filmlərin müəllifidir. O, özünün yeddi bədii filmindən beşini Sovet İttifaqında çəkmiş, son iki filmi isə İtaliya və İsveçdə istehsal olunmuşdur.
Həyatı
redaktəUşaqlığı və erkən həyatı
redaktəTarkovski İvanovo Sənaye Oblastının Yuryevetski rayonunun Zavrajye kəndində şair və tərcüməçi Arsen Aleksandroviç Tarkovskinin və Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmiş Mariya İvanovna Vişnyakovanın ailəsində doğulmuşdur. Uşaqlığı Yuryevetsdə keçmişdir. Uşaqlıq dostları onu aktiv və məşhur, çox dostu olan və hərəkətin mərkəzində olan adam kimi təsvir edirlər. 1937-ci ildə onun atası ailəni tərk edir, ardınca 1941-ci ildə könüllü orduya yazılır. Tarkovski anası ilə qalır, anası və bacısı Marina ilə birlikdə Moskvaya köçürlər, anası çap evində korrektor işləməyə başlayır. 1939-cu ildə Tarkovski 554 nömrəli məktəbdə qeydiyyata alınır. Müharibə müddətində üçü də Yuryevetsə köçür və nənəsigildə yaşayırlar. 1943-cü ildə ailə Moskvaya qayıdır. Tarkovski təhsilinə şair Andrey Voznesenskinin onun sinif rəhbərlərindən biri olduğu əvvəlki məktəbdə davam etdirir. O, musiqi məktəbində pianonun öyrənir və incəsənət məktəbində dərslərə qatılırdı. Ailə Moskvanın Zamoskvoreçye rayonunda, Şşipok küçəsində yaşayırdı. 1947-ci ilin noyabrından 1948-ci ilin yazına qədər o, vərəm xəstəliyinə görə xəstəxanada yatmışdır. Uşaqlığındakı bir çox mövzular — köçürülmə, anası və onun iki uşağı, onlardan uzaqlaşmış atası, xəstəxanadakı vaxtlar — onun gələcək məşhur ''Güzgü'' filmində göstərilir.
Kino məktəbinin tələbəsi
redaktə1954-cü ildə axtarış ekspedisiyasından qayıtdıqdan sonra Tarkovski Dövlət Kinematoqrafiya İnstitutuna (VQİK) müraciət edir və rejissorluq fakültəsinə qəbul olunur. O, İrma Rauşla eyni sinifdə oxuyurdu, 1957-ci ilin aprelində onlar evləndilər.
Erkən Xruşşov dövrü gənc rejissorlara nadir fürsətlər yaradırdı. 1953-cü ildən əvvəl illik film istehsalı aşağı idi və əksər filmlər veteran rejisorlar tərəfindən çəkilirdi. 1953-cü ildən sonra isə çoxlu yeni filmlər çəkildi və bunların əksərini gənc rejissorlar etdi. Xruşşov yumşalması Sovet cəmiyyətini açdı və müəyyən dərəcəyə qədər Qərb ədəbiyyat, film və musiqisinə icazə verdi. Bu icazə Tarkovskiyə italyan neorealistlərinin, fransız yeni dalğasının və Kurosava, Bunyuel, Berqman, Bresson və Mizoquçi kimi rejissorların filmlərini izləməyə imkan verdi.
Tarkovskinin müəllimi gələcəkdə nüfuzlu film rejissorları olacaq bir çox tələbələrə dərs demiş Mixail Romm idi. 1956-cı ildə Tarkovski özünün ilk qısametrajlı tələbə filmi "Killerlər"i çəkir, film Ernest Heminqueyin hekayəsi əsasında çəkilmişdi. "Bu gün tərxis olmayacaq" (Сегодня увольнения не будет…) qısametrajlı filmini və "Konsantrasiya" (Концентрат) ssenarisini ardıcıl olaraq 1958 və 1959-cu ildə hazırlamışdı.
Tarkovskiyə ən çox təsir göstərən VQİK-də dərs deyən rejissor Qriqori Çuxray olmuşdur. Tələbəsinin istedadından təsirlənən Çuxray, Tarkovskiyə onun "Təmiz səmalar" filmində rejissor köməkçisi mövqeyini təklif edir. Başlanğıcda Tarkovski buna maraq göstərirdi, lakin sonra o, diqqətini təhsilinə və özünün proyektlərinə cəmləməyi qərara aldı.
Tarkovski ÜDKİ-dəki üçüncü ilində Andrey Konçalovski ilə görüşür. Onların eyni rejissorları sevmək kimi ümumilikləri tapılır və filmlərlə bağlı ideyalarını paylaşırdılar. 1959-cu ildə onlar "Antarktika — Uzaq Ölkə" adlı ssenari yazırlar, bu ssenari "Moskva komsomolu" (Московский комсомолец) qəzetində çap olunur. Tarkovski ssenarini Lenfilmə təqdim etməyə məcbur olur, ssenari rədd edilir. Onlar daha uğurlu "Silindr və skripka" (Каток и скрипка) filminin ssenarisini yazıb Mosfilmə satırlar. Bu film Tarkovskinin diplom işi olur. Diplomunu 1960-cı ildə qazanır və 1961-ci ildə Nyu York Tələbə Film Festivalında ilk mükafatını qazanır.
Filmoqrafiya
redaktəİl | Filmin adı | Şəkil | Filmin orijinal adı | Fəaliyyəti |
---|---|---|---|---|
1956 | Qatillər | rus. Убийцы | Rejissor, ssenarist, aktyor | |
1958 | Bu gün tərxis olmayacaq | rus. Сегодня увольнения не будет | Rejissor, ssenarist, aktyor | |
1960 | Katok və skripka | rus. Каток и скрипка | Rejissor, ssenarist | |
1962 | İvanın uşaqlığı | rus. Иваново детство | Rejissor, ssenarist | |
1964 | İliçin zastavası | rus. Застава Ильича | Aktyor | |
1966 | Andrey Rublyov | rus. Андрей Рублёв | Rejissor, ssenarist | |
1967 | Sergey Lazo | rus. Сергей Лазо | Ssenarist | |
1968 | Mində bir şans | rus. Один шанс из тысячи | Ssenarist, bədii rəhbər | |
1968 | Daşkənd — çörək şəhəri | rus. Ташкент — город хлебный | Ssenarist | |
1971 | Atamanın sonu | rus. Конец атамана | Ssenarist | |
1972 | Solyaris | rus. Солярис | Rejissor, ssenarist | |
1973 | Ağızqamaşdırıcı üzüm | rus. Терпкий виноград erm. Հնձան |
Montajçı | |
1973 | Vəhşi | rus. Лютый | Ssenarist | |
1974 | Güzgü | rus. Зеркало | Rejissor, ssenarist | |
1979 | Stalker | rus. Сталкер | Rejissor, ssenarist | |
1979 | Özünü gözlə!İlanlar! | rus. Берегись! Змеи! | Ssenarist | |
1979 | Səyahət zamanı | rus. Время путешествия, ing. Tempo di viaggio (Voyage in Time) | Rejissor, ssenarist | |
1982 | Vətən həsrəti | rus. Ностальгия | Rejissor, ssenarist | |
1983 | Bressona yol | nid. De weg naar Bresson | Rejissor, ssenarist | |
1986 | Qurbanvermə | isv. Offret | Rejissor, ssenarist, montajçı |
Mənbə
redaktə- "Mələyi görən insan". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 16–19.
İstinadlar
redaktə- ↑ 1 2 Andrei Tarkovski (nid.).
- ↑ 1 2 3 4 Andrej Tarkovskij // Nationalencyklopedin (швед.). 1999.
- ↑ 1 2 Andrej Tarkovskij // filmportal.de. 2005.
- ↑ (unspecified title). Rivista del Cinematografo.
- ↑ 1 2 Catalog of the German National Library (alm.).