Android Studio - Wikipedia
Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib.
Android Studio | |
---|---|
Tipi | Açıq mənbəli proqram təminatı, İnteqrasiya olunmuş inkişaf mühiti |
Sonuncu versiya | |
Lisenziya | havayı proqram təminatı |
Sayt | developer.android.com/st… |
Vikianbarda əlaqəli mediafayllar |
Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı. Hazırkı stabil versiyası 3.2.1, 2018 ci ilin Oktyabr ayında buraxılmışdır[3]
Sistem tələbləri
redaktəSistem tələbləri aşağıdakı kimidir[4]:
3.x versiyası
redaktəKriteriyalar | İzahat |
---|---|
ƏS versiyası | Microsoft Windows 7/8/10 (32 bit və ya 64 bit)
Mac OS X 10.10(Yosemite) və ya daha yüksək GNOME və ya KDE ekran mühitinə sahib Linux(32 bitlik tətbiqləri icra etməyə qadir olan 64 bitlik sistem)(GNU C Kitabxanası (glibc) 2.19+) |
RAM | Minimum 3 GB RAM, 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır. |
Disk sahəsi | Minimum 2GB boş disk sahəsi lazımdır.
4 GB məsləhət görülür ( 500 MB İDE üçün+1.5 GB Android SDK və emulyatorun sistem obrazı üçün) |
Java versiyası | Java Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür |
Ekran ölçüsü | 1280x800 minimum ekran ölçüsü |
2.x versiyası
redaktəKriteriyalar | İzahat |
---|---|
ƏS versiyası | Microsoft Windows 7 və ya daha yüksək
Mac OS X 10.9.5 və ya daha yüksək GNOME və ya KDE ekran mühitinə sahib Linux |
RAM | 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır. |
Disk sahəsi | 500 MB Android Studio üçün + 1.5 GB Android SDK, emulyatorun sistem obrazı və keş üçün |
Java versiyası | Java Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür |
Ekran ölçüsü | 1280x800 minimum ekran ölçüsü |
1.x versiyası
redaktəKriteriyalar | İzahat |
---|---|
ƏS versiyası | Windows XP və ya daha yüksək
Mac OS 10.8.5 və ya daha yüksək GNOME,KDE,Unity ekran mühitinə sahib Ubuntu,Fedora və ya GNU/Linux Debian |
RAM | Minimum 3 GB RAM, 4 GB RAM məsləhət görülür |
Disk sahəsi | Minimum 500 MB boş disk sahəsi lazımdır.
Əlavə olaraq minimum 1 GB Android SDK,emulyatorun sistem obrazı və keşlər üçün |
Java versiyası | Java Development Kit (JDK) 7 və ya daha yüksək |
Ekran ölçüsü | 1280x800 minimum ekran ölçüsü |
İstinadlar
redaktə- ↑ Android Studio Ladybug | 2024.2.1 now available.
- ↑ Android Studio Ladybug Feature Drop | 2024.2.2 Canary 5 now available.
- ↑ "Arxivlənmiş surət". 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-30.
- ↑ "System Requirements". 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-31.
Xarici keçidlər
redaktə- developer.android.com/st… — Rəsmi saytı