Anna Qreki - Wikipedia
Anna Qreki - Wikipedia - Haqqında Məlumat
Anna Qreki (14 mart 1931[1], Batna (şəhər) – 6 yanvar 1966, Əlcəzair) — Əlcəzair yazıçısı.
Anna Qreki | |
---|---|
Doğum tarixi | 14 mart 1931[1] |
Doğum yeri | |
Vəfat tarixi | 6 yanvar 1966 (34 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, müəllimə, yazıçı |
Həyatı
redaktəƏlcəzairdə doğulub böyümüş, milliyyətcə fransız olan qəribə taleli şairlərdən biridir. O, gənc yaşlarından Əlcəzairin istiqlaliyyəti uğrunda mübarizəyə qoşulmuş, təqib və həbs olunmuş, əzab çəkmişdir. Ölkə istiqlaliyyət qazandıqdan sonra Anna müxtəlif mətbuat orqanlarında çalışmış və fransız ədəbiyyatından dərs demişdir, lakin o, azad Əlcəzairə dördcə il xidmət edə bilib. 1966-cı ildə 35 yaşında ikən vəfat edib. Ölümündən əvvəl cəmi bir şeirlər kitabı və bir romanı çapdan çıxıb. İkinci şeirlər kitabı isə ölümündən az sonra nəşr olunub.
Mənbə
redaktə- Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 89.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France Anna Greki // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |