Anselm Kenterberili - Wikipedia
Anselm Kenterberili (təq. 1033[1], Aosta[3] – 21 aprel 1109[2] və ya 28 aprel 1109[1], Kenterberi, Kent qraflığı[3]) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi.
Anselm Kenterberili | |
---|---|
lat. Anselmus Cantuariensis fr. Anselme de Cantorbéry | |
Doğum tarixi | təq. 1033[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1109[2] və ya 28 aprel 1109[1] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəA. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır.
Fəlsəfi görüşləri
redaktəA. Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir ("inanıram, başa düşmək üçün"); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır.
Əsərləri
redaktə- "Monologion"
- "Proslogion"
- "Qrammatika haqqında dialoq"
- "Həqiqət haqqında"
- "Azad seçim haqqında"
Əsas əsərləri: "Monologion", "Proslogion", "Qrammatika haqqında dialoq" və s. "Proslogion" əsərində A. Kenterberili ilk dəfə Allahın varlığının ontoloji sübutunu vermişdir. O, belə bir müddəadan çıxış edir ki, "Allah" anlayışı faktiki olaraq özündə varlıq anlayışını ehtiva edir. A. Kenterberili insanın iradə azadlığı və günahabatma haqqında təlimini "Həqiqət haqqında", "Azad seçim haqqında" və s. əsərlərində şərh etmişdir. Alimə görə, iradə azadlığı xeyir və şər arasında seçim edə bilmək imkanından ibarət deyil. İradə azadlığı iradənin düzgün (həqiqi, Allaha uyğun gələn) istiqamətini qoruyub saxlaya bilmək bacarığıdır, başqa sözlə, yalnız Allahın istədiyini istəməkdir. Bu bacarıq Allahın hökmü ilə insan yer üzünə gələndə onun iradəsinə köçürülmüş, lakin sonradan günahabatma nəticəsində itirilmişdir. Yalnız Məsihin özünü qurban verməsindən sonra insan azadlığının bərpası mümkün olmuşdur. Dini təlim ehkamlarının (heçdən dünyanın yaradılması, üç üqnum, ilkin günah və s.) rasional əsaslandırılması cəhdləri A. Kenterberilidə fəlsəfi realizmin konseptual bazasında həyata keçirilirdi.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Sant'Anselmo d'Aosta // BeWeB.
- ↑ 1 2 Saint Anselm (ing.). Stanford University, Center for the Study of Language & Information, 1995. ISSN 1095-5054
- ↑ 1 2 3 4 Ансельм Кентерберийский // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 522 – 523. ISBN 978-9952-441-02-4.