Antilia - Wikipedia
"Antilia" (hind. एंटीलिया) — Hindistanın Mumbay şəhərində 27 mərtəbəli göydələn.[3] Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri olan Mukeş Ambani ailəsi ilə birlikdə orada yaşayır.[3]
Antilia | |
---|---|
18°58′06″ şm. e. 72°48′35″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | 2010 |
Mərtəbə sayı | 27[1] |
Mərtəbə sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Binanın tikintisi 2010-cu ildə sona çatmışdır.
Göydələn Atlantikadakı əfsanəvi adanın şərəfinə "Antilia" adlandırılıb.[4]
"Antilia" yaranış tarixinin ən bahalı evi sayılır. Bu binanın dəyəri təxminən 2 milyard ABŞ dolları məbləğindədir. Evi ABŞ-nin memarlıq şirkəti olan "Perkins Will and Hirsch Bedner Associates" layihələşdirib. Şirkət yalnız dizayn üçün Mukeş Ambanidən 80 milyon dollar alıb.[3] Göydələn Rixter şkalası ilə 8 ballıq zəlzələyə davamlıdır.[5]
Bina poladdan və şüşədən ibarətdir. Dünya mətbuatı onu daha çox assimetrik şüşə, metal konstruksiya və keramika lövhələr yığını kimi təsvir edir.[6] Mərtəbələrindən bəziləri digərlərindən böyük boşluqla ayrılıb.[6] Bütövlükdə göydələnin dörd mərtəbəsi asma bağlardan ibarətdir.[6]
Binada hər incə detal düşünülüb. Belə ki, burada tozu öz-özünə aradan qaldıran sistemlər quraşdırılıb; təhlükəsizlik sistemi isə Ağ Evdəki sistemlə eynidir.[3] Burada gimnastika salonu, rəqs studiyası, üzmə hovuzu, 50 oturacaqlı kino zalı və təmtəraqlı kübar məclisləri həyata keçirmək üçün bir bal zalı var.
Ümumi böyüklüyü 37 min kvadratmetrə çatan 173 metr yüksəkliyindəki binada 9 ədəd sürətli lift, eyni anda 160 avtomobil tutumlu avtopark yerləşir.[3] Avtoparkı altı mərtəbəli yeraltı qarajdan ibarətdir.[4] Burada Mukeş Ambani özünün avtomobil kolleksiyasını saxlayır. Bundan başqa ev sahibi və qonaqların şəxsi avtomobillərini saxlamaq üçün daha bir yer də ayrılıb – bu binanın damıdır.[6] Binanın damında həm də üç vertolyot meydançası var.[6]
Evin pəncərələrindən Ərəb dənizinə geniş mənzərə açılır.[3]
Evdə təxminən 600 qulluqçu işləyir.[3]
Mukeş Ambani bu qeyri-adi evində həftənin cəmi 5 günü qalır.[3]
Etirazlar
redaktəGöydələnin tikintisinin sona yaxınlaşdığı vaxtlarda belə bir binanın tikilməsi Mumbay sakinləri tərəfindən etirazlara səbəb olmuşdur. Belə ki, həmin dövrlərdə Mumbay əhalisinin əksər hissəsinin gündəlik gəliri maksimum 2 dollar idi.[6]
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ Guinness World Records 2019 (ing.). Guinness World Records Limited, 2018. P. 160. 256 p. ISBN 978-1-912286-46-1
- ↑ https://www.webcitation.org/68rJRHflT?url=http://www.rediff.com/money/2008/may/01reliance.htm.
- ↑ 1 2 3 4 5 6 7 8 Leyla Əliyeva. "Milyonçu" layihəsi: Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine. publika.az, 25.07.2014 (az.)
- ↑ 1 2 Milyarderlərin ən bahalı malikanələri Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. qaynar.info, 20.07.2014 (az.)
- ↑ Kwek, Glenda. "India's richest man builds first $1-billion home, Antilia, Ambani". Melbourne: Theage.com.au. 15 October 2010. 30 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 October 2010. (#invalid_param_val)
- ↑ 1 2 3 4 5 6 Antiliya – heç kimin yaşamadığı dünyanın ən bahalı evi Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine. banker.az, 02.12.2013 (az.)
Xarici keçidlər
redaktə- Most Expensive Home in the World has 27 Floors and Slum Views Arxivləşdirilib 2010-10-30 at the Wayback Machine — slideshow by the LA Times
- Antilia is the world’s most expensive house for $1 billion — Luxurylaunches
- It's sad Mukesh Ambani lives in such opulence: Ratan Tata Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine