Antuan Burdel - Wikipedia
Emil Antuan Burdel (30.10.1861, Montoban – 1.10.1929, Le Vezine) — fransız heykəltəraşı[2].
Antuan Burdel | |
---|---|
fr. Émile Antoine Bordelles | |
| |
Doğum adı | Émile-Antoine Bordelles[1] |
Doğum tarixi | |
Doğum yeri | Montoban |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Le Vezine |
Dəfn yeri |
|
Milliyyəti | fransız |
Fəaliyyəti | heykəltaraş, rəssam, boyakar[d], vizual incəsənət rəssamı, incəsənət xadimi |
Təhsili | Paris zərif sənətlər məktəbi |
Tələbələri | Alberto Cakometti, Vera Muxina |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTuluzada (1876–84), Parisdəki zərif sənətlər məktəbində (1884–86) oxumuşdur; 1893–1908-ci illərdə O, Rodenin emalatxanasında assistent işləmişdir. 1884-cü ildən Paris salonu sərgilərinin iştirakçısı olmuşdur. Roden impressionizmini qəbul etməyən Burdel monumentallığa və incəsənətin sintezinə can atmış, antik klassikaya və arxaikaya əsaslanaraq relyef sənətini dirçəltmişdir.[2]
Fəaliyyəti
redaktə“Ox atan Herakl” (tunc, 1909, Müasir Milli İncəsənət Muzeyi, Paris), gen. K.M. Alvearın tunc abidəsi (1913–23, Buenos-Ayres), “Fransa” heykəli (tunc, 1925, Paris), A. Mitskeviçin abidə si (tunc, 1909 –29, Paris), “Avtoportret” (maska, 1925), “Safo” (1924 –25; hər ikisi Burdel muzeyi, Paris) və s. əsərlərin müəllifidir. Görkəmli ictimai xadimlərin çoxsaylı portretlərini (100-ə yaxın) yaratmışdır: Lüdviq van Bethoven (tunc, 1887– 1929; 21 variant), A. Frans (tunc, 1919; hər ikisi Burdel muzeyi) və s. Arxaikləşən neoklassisizm ruhunda Yelisey Çölü Teatrının barelyeflərini hazırlamışdır (gips, 1912). Burdel həmçinin monumental rəngkar (Yelisey Çölü Teatrının freskaları, 1910–12) və qrafik (J. Klemanso və Q. Floberin kitablarına illüstrasiyalar) kimi də işləmişdir. Sənətkarın neoidelaizm və modern üslublarına yaxın yaradıcılığında neoromantik və neoklassik tendensiyalar birləşmişdir. 19-cu əsrin sonu–20-ci əsrin əvvəllərinin ən görkəmli heykəltəraşı olan Burdelin yaradıcılığı heykəltəraşlığın sonrakı inkişafına mühüm təsir göstərmişdir. Parisdə Qran-Şomyer studiyasında dərs demişdir (1909–1929). A. Cakometti, V.İ. Muxina, İ.D. Şadr Burdelin tələbələri, A. Avqustinçiç, Y.V. Vuçetiç, A. Breker, İ. Meştroviç onun davamçıları olmuşlar.[2]
Qalereyası
redaktəİstinadlar
redaktə- ↑ http://www2.culture.gouv.fr/LH/LH023/PG/FRDAFAN83_OL0294036v005.htm.
- ↑ 1 2 3 Burdel// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 80-81.
Xarici keçidlər
redaktə- Works by or about Antoine Bourdelle at Internet Archive
- Musée Bourdelle (fransız dilində)
- Portrait of Rodin from Antoine Bourdelle, Musée Rodinin rəsmi vebsaytında
- National Art Gallery and Alexander Soutzos Museum, Bourdelle Emile-Antoine, Biography (ingilis.) Arxivləşdirilib 2015-05-28 at the Wayback Machine
- Antoine Bourdelle in American public collections, on the French Sculpture Census website Edit this at Wikidata Arxivləşdirilib 2016-11-07 at the Wayback Machine