Arakanlilar - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Arakanlılar (özlərini rakhayn adlandırırlar) – Myanmanın cənub-qərbində yaşayan, Tibet-Birma qrupuna aid xalq. Myanmalılara yaxındırlar. Monqoloid irqinə mənsub olduqları ehtimal olunur. Ümumi sayları 2 milyondan çoxdur (2000). Əsasən, Myanmada, həmçinin Banqladeşdə, Hindistanda və Çində yaşayırlar. Birma dilinin Arakan şivəsində danışırlar. Dindarların əksəriyyəti buddistdir. Müsəlmanlar, induistlər, xristianlar və ənənəvi etiqadlarını qoruyub saxlayanlar da var.
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
3,361,000 (2010) | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
Qohum xalqlar | |||||||||
Tarixi
redaktə
Arakanlıların eramızın əvvəllərində Myammanın şmalından cənub-qərbinə köçdükləri ehtimal olunur. I minilliyin sonundan etibarən arakanlılar arasında islam dini yayılmağa başlamışdır. Arakan hökmdarları islam titullarını qəbul etsələr də, buddist olaraq qalmışdılar.
Arakanlıların yaşadıqları əraziyə monqollar, monlar, bamarlar və portuqaliyalılar dəfələrlə hücum etmişlər. Nəhayət, 1784-cü ildə Konbaunq sülaləsindən olan Birma hökmdarı Bodapayın oğlunun başçılıq etdiyi bamarlar Arakanı işğal edə bildilər. Arakanlılar ərazilərinin işğal edilməsinə qarşı on illərlə vuruşdular. Əvvəl Nqa Txan Dinin, sonra isə Çin Byanın başçılığı altında Hindistanla sərhəd rayonlarında işğala qarşı mübarizənin davam etdirilməsi Britaniya Hindistanı ilə Birma arasında problem yaratdı. Birinci İngiltərə-Birma müharibəsi 1826-cı ildə bamarların məğlubiyyəti ilə başa çatdı, Arakan isə Böyük Britaniyaya verildi. 1852-ci ildə Arakan inzibati ərazi kimi Aşağı Birmaya birləşdirilmişdir. Bu ərazi dini rəhbərlər Ottam və Seyndin başçılığı altında Britaniya idarəçiliyinə qarşı baş vermiş çoxsaylı iğtişaşların mərkəzi idi. İkinci dünya müharibəsi dövründə Arakan yaponlar tərəfindən işğal edilmiş Birmadan muxtariyyət almış, hətta Arakan Hərbi Qüvvələri adlanan öz ordusunu da yaratmışdır. Arakan Hərbi Qüvvələri 1945-ci ilin əvvəllərində Yaponiyaya qarşı vuruşan qüvvələrin tərəfinə keçdi və yaponlara qarşı vuruşdu. Birma İttifaqının 1948-ci ildə müstəqillik əldə etməsindən sonra Arakan Birma İttifaqının bir üzvü oldu.
XX əsrin 40-cı illərinin sonlarında arakanlıların Myanmadan ayrılmaq uğrunda hərəkatı başladı. 70-ci illərin sonlarında müsəlman arakanlılar ilə buddist arakanlılar arasında münaqişənin yaranması və müsəlmanların Myanma hökuməti tərəfindən repressiyaya məruz qalması nəticəsində onlardan 500 mini Banqladeşə qaçmağa məcbur olmuşdur.
Mədəniyyət
redaktəArakan buddist incəsənətinin ən böyük mərkəzlərindən biri olmuşdur. Budda Mahamuninin təqribən 4 m-lik tunc heykəli rəvayətə görə Buddanın sağlığında naturadan hazırlanmışdır (birmalılar Arakanı zəbt etdikdən sonra heykəl 1784 ildə Birmaya aparılmış, hazırda Mandalay şəhərindədir). Mrayk-U-da Şitaun və Doukan iri məbəd kompleksləri (XV–XVIII əsrlər), Sandovayda qızıl təbəqə ilə örtülmüş Shando, Ando və Nando stupaları (II minilliyin əvvəlləri) və s. dövrümüzədək qalmışdır. Arakanlılarının incəsənətinə hindlilər güclü təsir göstərmişlər.
Ədəbiyyat
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 585. ISBN 978-9952-441-02-4.
- Charney, Michael W. 'Where Jambudipa and Islamdom Converged: Religious Change and the Emergence of Buddhist Communalism in Early Modern Arakan, 15th–19th Centuries.' PhD Dissertation, University of Michigan. 1999.
- Charney, Michael. "Buddhism in Arakan:Theories and Historiography of the Religious Basis of Ethnonyms". "Arakan History Conference" [Bangkok]. Chulalongkorn University. 2005. İstifadə tarixi: 10 July 2012.
- Leider, Jacques P. 'Le Royaume d'Arakan, Birmanie. Son histoire politique entre le début du XVe et la fin du XVIIe siècle,' Paris, EFEO. 2004.
- Loeffner, L. G. (1976). "Historical Phonology of Burmese and Arakanese Finals." Ninth International Conference on Sino-Tibetan Languages and Linguistics, Copenhagen. 22–24 Oct. 1976.
Xarici keçidlər
redaktə- Араканцы на [1] dic.acdemic.ru