Ararat Mirzoyan - Wikipedia
Ararat Samveloviç Mirzoyan (23 noyabr 1979, İrəvan) — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi.
Ararat Mirzoyan | |
---|---|
erm. Արարատ Սամվելի Միրզոյան | |
Ermənistanın xarici işlər naziri[d] | |
Vəzifədədir | |
19 avqust 2021-ci ildən | |
Ermənistan Baş nazirinin müavini[d] | |
11 may 2018 – 12 yanvar 2019 | |
Əvvəlki | Karen Karapetyan |
Ermənistan Milli Məclisinin sədri[d] | |
14 yanvar 2019 – 2 avqust 2021 | |
Sonrakı | Alen Simonyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 noyabr 1979 (45 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | tarixçi, siyasətçi |
Uşağı | 2 |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib. 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının aspiranturasını bitirərək tarix elmləri namizədi olmuşdur. Təhsili ilə paralel olaraq Ermənistan Milli Elmlər Akademiyasının Erməni Soyqırımı Muzey-İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
2018–2019-cu illərdə Ermənistan baş nazirinin birinci müavini, 2019-cu il yanvarın 14-dən isə Ermənistan Milli Assambleyasının sədri vəzifəsində çalışmışdır.
2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan Milli Assambleyasının binası yaxınlığında Azərbaycanla üçtərəfli müqavilənin bağlanmasına etiraz edən nümayişçilər Mirzoyanı avtomobilindən çıxarıb və döyüblər.[1][2]
2021-ci il avqustun 19-da Ermənistan Respublikasının xarici işlər naziri təyin edilmişdir.[3]
İstinadlar
redaktə- ↑ "Протестующие в Ереване избили спикера парламента Армении Мирзояна". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
- ↑ "Избитый спикер парламента Армении попал в больницу". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
- ↑ "Арарат Мирзоян назначен главой МИД Армении". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-19.