Ardicil Sekkiz Silindrli Muherrik - Wikipedia
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir.
Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir.
Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
Demək olar ki, bütün 8 silindrli mühərriklər V formalıdır. Çünki silindrlərin çox olması nəqliyyat vasitəsinin ön hissəsinin uzanmasına səbəb olur. Bu böyük mühərriklərin performans vasitələrində istifadə edilməsinin bir səbəbi də haqqında yazdığımız çox silindrli quruluşlarıdır.