Ardanis Yarimadasi - Wikipedia
Ardanis Yarimadasi - Wikipedia - Haqqında Məlumat
Ardanış yarımadası — Qərbi Azərbaycan ərazisində (İndiki Ermənistan), Göyçə gölünün şərqində (mərkəz hissədə) yerləşir. Tarixi Göyçə mahalı və Qaraqoyunlu mahalı kimi mahalların Çəmbərək rayonu ərazisinə daxil idi. Yarımada boyunca dağ silsiləsi uzanır və onun şərqində körfəz, qərb qutaracağında isə burun yerləşir. Yarımadanın sahəsi 25 km² təşkil edir.[1]
Ardanış yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 25 km² |
Yerləşməsi | |
40°31′02″ şm. e. 45°18′07″ ş. u.HGYO | |
Akvatoriya | Göyçə gölü |
Ölkə | Ermənistan |
|
Flora və faunası
redaktəYarımada hal-hazırda Sevan milli parının ərazisinə daxildir. Ümumilikdə yarımadanı bu baxımında uç yerə bölmək olar:
- Sahilyanı (meşələr əsasən şam ağacı, ərik kimi ağaclar və bir sıra giləmeyvə kollarından təşkil olunub)
- Orta hündürlük bölgəsi (20–100 m) (ardıc və qızılgül).
- Alp bölgəsi (100 m yüksək ərazi) (əsasən alp çəmənlikləri yayılmışdır.
Yarımadada boz qaz, ağqanad turpan, qırmızıbaş qaraördək, ağqanad ördək, ala ördək, çöl ördəyi, qu quşu, adi qaşqaldaq, Ermənistan qağayısı, böyük qarabatdaq, kiçik qarabatdaq, ibis və flaminqo kimi quşları qarşılayır. Burada ümumilikdə 250 növ quşa rast gəlinir.
İstinadlar
redaktə- ↑ "Wikimapia - Let's describe the whole world!". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.