Arif Efendiyev Biokimyaci - Wikipedia
Arif Mustafa oğlu Əfəndiyev (30 sentyabr 1942, Şamaxı) — azərbaycanlı biokimyaçı alim, pedaqoq, tibb elmləri doktoru (1986), professor (1989), Azərbaycanın Əməkdar müəllimi (2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyası Biokimyanın Tədrisi Komissiyasının üzvü, Azərbaycan Tibb Universiteti Biokimya kafedrasının müdiri (1987–2020).
Arif Əfəndiyev | |
---|---|
Arif Mustafa oğlu Əfəndiyev | |
Doğum tarixi | 30 sentyabr 1942 (82 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Mustafa Əfəndiyev |
Anası | Səkinə Əfəndiyeva |
Elm sahəsi | biokimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəArif Əfəndiyev 1942-ci il sentyabrın 30-da Şamaxı rayonunda anadan olub. 1950–1960-cı illərdə Bakı şəhəri Səbail rayon 6 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra, 1960-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universitetinin) Əczaçılıq fakültəsinə qəbul olmuş və 1965-ci ildə buradan məzun olmuşdur.
Dürdanə Əfəndiyeva adlı xanımla ailəlidir. Məhiyəddin və Teymur adlı 2 oğlu, Atilla və Məhiyyədin adlı 2 oğlan və Fatimə adlı 1 qız nəvəsi var.
Fəaliyyəti
redaktəArif Əfəndiyev Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederansiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvüdür.
Kitabları
redaktə- 1974 və 1984-cü illərdə iki dəfə çapdan çıxmış "Bioloji kimya" dərsliyinin müəllifidir.
- 2002–2010-cu illərdə üç dəfə 4 cildlik "İnsan Biokimyasının əsasları" kitabının müəllifidir.
- 2007-ci ildə çap edilmiş "Klinik və Patoloji Biokimya" dərsliyinin müəllifidir.
Mükafatları
redaktə- 1986-cı ildə Tibb elmləri doktoru fəxri adına layiq görülmüşdür.
- 1989-cu ildə Tibb elmləri professoru fəxri adına layiq görülmüşdür.
- 1984-cü ildə "SSRİ Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.
- 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.