Arif Hacili - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev;[1] 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı (2014[2]–2024[3]).
Arif Hacılı | |
---|---|
Müsavat Partiyası Məclisinin sədri | |
Vəzifədədir | |
18 may 2024-cü ildən | |
Əvvəlki | Nüşabə Sadıxlı |
Müsavat Partiyasının başqanı | |
28 sentyabr 2014 – 4 may 2024 | |
Əvvəlki | İsa Qəmbər |
Sonrakı | İsa Qəmbər |
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri | |
2006 – 28 sentyabr 2014 | |
Sonrakı | Gülağa Aslanlı |
Müsavat Partiyası başqanının müavini | |
May 2001 – 2006 | |
Başqan | İsa Qəmbər |
Əvvəlki | Vəzifə təsis edildi |
Müsavat Partiyasının katibi | |
1994 – May 2001 | |
Başqan | İsa Qəmbərİsa Qəmbər |
Sonrakı | Vəzifə ləğv edildi |
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı | |
1990 – 3 sentyabr 1993 | |
Seçki dairəsi | 204 nömrəli Aşağı Tala |
21 may 1992 – 26 iyun 1993 | |
Sonrakı | Arif Rəhimzadə |
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri | |
16 fevral 1992 – 1992 | |
Əvvəlki | Tamerlan Qarayev |
Sonrakı | Qulamhüseyn Əlibəyli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 yanvar 1962 (62 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib.
Ailəsi
redaktəAtası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir.
Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir.[4]
İctimai-siyasi fəaliyyəti
redaktəXalq Hərəkatına tələbə ikən, 1988-ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub. 1989-cu ildə Zaqatalada Azərbaycan Xalq Cəbhəsi nin yerli təşkilatının yaradıcılarından biri və lideri olub.
1989-cu ilin sentyabr ayında Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilib. 1989–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin parçalanmasının qarşısının alınması, 20 yanvar hadisələrindən sonra isə bu təşkilatın toparlanması üçün xüsusi fəallıq göstərən Ali Məclis üzvlərindən biri olub.
1990-cı ildə 204 saylı Zaqatala seçki dairəsindən Azəbaycan Xalq deputatı seçilib. Azərbaycan Parlamentinin ən gənc üzvlərindən biri olub. Parlamentdəki ilk çıxışında Azərbaycanın üçrəngli istiqqlal bayrağının parlamentin iclas zalına gətirilməsini, bu bayrağın parlament üzərinə qaldırılmasını tələb edib. Leninin büstünün və sovet bayrağının parlamendən götürülməsini tələb etməsi buradakı kommunist çoxluğun ciddi etirazlarına səbəb olmaqla yanaşı ölkədə əks səda doğurub.
Arif Hacılı 1991-ci ildə SSRİ-nin saxlanması naminə keçirilən referendumun əleyhinə səs verən 43 istiqlalçı millət vəkilindən biridir. Bu referenduma qarşı parlamentin binasında başlayan 10 günlük aclıq aksiyasında Əbülfəz Elçibəy və digər 9 millət vəkili ilə birlikdə iştirak edib.
1991-ci ildə yaranan Azərbaycan Ali Soveti Milli Şurasının, və Milli Məclisin üzvü olub. Həmin il Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin Rəyasət heyətinin üzvü, sonra isə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri seçilib.
Arif Hacılı Elçibəy hökuməti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edib. Dövlət Ərzaq komissiyasının sədri kimi ölkənin ərzaq böhranından çıxmasında mühüm rol oynayıb. Ağdərə, Füzuli, Qubadlı, Ağdam və digər rayonların ərazilərinin erməni silahlı birləşmərinin hücumlarından müdafiəsinın təşkilində və bəzi döyüş əməliyyatlarında bilavasitə iştirak edib. 4 iyun qiyamının nəticələrinin aradan qaldırılması, prezident Elçibəyin səlahiyyətlərinin qiyam yolu ilə əlindən alınmasına qarşı açıq müqavimətin təşkilinə cəhd edən dövlət xadimlərindən biri olub.
1992-ci İldə Müsavat Partiyasının Bərpa Mərkəzi yarandığı gündən Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü, 1994-cü ildən Müsavat partiyasının Seçki, Təşkilat məsələləri katibi, sonralar müavini, 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri olub.
1998-ci ildən Elçibəyin yaratdığı və sədri olduğu Bütöv Azərbaycan Birliyinin sədr müavini olub.
1998-ci və 2000-ci ilərdə keçirilən kütləvi aksiyaların, mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib.
2000-ci il parlament seçkilərində Arif Hacılı Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 2-ci sırada olmuşdur.[5] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Arif Hacılı deputat seçilə bilməmişdir.[6][7]
12 oktyabr 2003-cü il tarixli mitinqin təşkilatçılarından biri və aparıcısı olub. 16 oktyabr 2003-cü ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmaaına qarşı keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Hacılı 2009-cu ildə iki dəfədən artıq Prezident seçilməyə qoyulan Konstitusiya qadağasının aradan qaldırılması ilə bağlı keçirilən referendum zamanı buna etiraz məqsədilə Müsavat partiyası tərəfindən yaradılmış "Respublikaçılar" referendum qrupunun ümummilli kampaniyasına rəhbərlik edib.
Arif Hacılı 2011-ci ildə "Ərəb Baharı" adlanan siyasi fəallıq dönəmində Müsavat Partiyasının təşkil etdiyi 12 mart və İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra yenə də əfv ərizəsi yazmadan yerli və beynəlxalq ictimaiyyətin tələbi ilə azadlıqa buraxılıb.[8]
Arif Hacılı iki dəfə beynəlxalq "Amnesty İnternasional" təşkilatı tərəfindən Vicdan Məhbusu elan edilib. 2003-cü ildə qeyri qanuni həbs olunması, 2005-ci ildə deputat mandatının oğurlanması ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı irəli sürdüyü iddialarla əlaqədar iki dəfə Avropa İnsan Haqları Məhkəməsində Əliyev hökumətinə qalib gəlib. Arif Hacılı 2013-cü ildə keçirilən prezident seçkilərində Müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının sədrlərindən biri olub.
2014-cü və 2019-cu illərdə Müsavat Partiyasında keçirilən başqan seçkilərində qalib gəlib. Hazırda Müsavat Partiyasının başqanıdır.[9]
İstinadlar
redaktə- ↑ Əlizadə, Zərdüşt. Конец второй республики (rus). I. Moskva: Граница. 2006. səh. 362. ISBN 5-94691-207-0.
- ↑ Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu. Arxivləşdirilib 2014-09-29 at the Wayback Machine musavat.com, 27.09.2014. (az.)
- ↑ "Müsavat Partiyasının XI qurultayı BAŞA ÇATDI, İsa Qəmbər ona səs verənlərə TƏŞƏKKÜR ETDİ". 2024-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-04.
- ↑ ARİF HACILIYA AĞIR İTKİ ÜZ VERDİ [ölü keçid] musavat.com, 30.05.2012. (az.)
- ↑ "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
- ↑ "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
- ↑ ARİF HACILI AZADLIĞA BURAXILDI Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine mediaforum.az, 22.06.2012. (az.)
- ↑ Arif Hacılı Müsavat Partiyasının yeni başqanı oldu Arxivləşdirilib 2014-09-29 at the Wayback Machine musavat.com, 27.09.2014 (az.)