Armenpress - Wikipedia
Armenpress (erm. Արմենպրես) — Ermənistanın ən köhnə və əsas dövlət[1] xəbər agentliyi.[2]
Armenpress | |
---|---|
Ölkə | |
Sahibi | Ermənistan |
Təsis edilib | 18 dekabr 1918 |
Təsisçi | |
Dili | erməni dili, ingilis dili, rus dili, fransız dili, ərəb dili, türk dili, ispan dili |
Baş qərargahi | |
Veb-saytı | armenpress.am |
Tarixi
redaktə"Armenpress" 18 dekabr 1918-ci ildə Ermənistan Demokratik Respublikası hökuməti tərəfindən Ermənistan Teleqraf Agentliyi kimi təsis edilmişdir. Agentliyin yaradılmasında Simon Vratsyanın mühüm rolu olmuşdur.[3] 1920-ci ildə Ermənistan SSR-nin əsasının qoyulmasının ardınca agentliyin adı dəyişdirilərək "Armenkavrosta", sonra isə "Armenrosta" və "Armenta" olmuşdur. 1972-ci ildə onun adı yenə dəyişdirilərək "Armenpress" olmuşdur. SSRİ dövründə, 1920-ci ildən 1991-ci ilə qədər agentlik "ictimai məlumatın rəsmi icazəli mənbəyi" kimi fəaliyyət göstərmiş və Ermənistan Kommunist Partiyasının birbaşa nəzarəti altında olmuşdur.[4] "Armenpress" indiki dövrdə "Reuters", "SİTA" (Rusiya) və "Sinxua" (Çin) xəbər agentlikləri ilə əməkdaşlıq edir. Qara Dəniz Milli İnformasiya Agentlikləri Assosiasiyasının üzvüdür.[5] "Armenpress"in icad etdiyi bir çox neologizm erməni dilinə daxil olmuşdur.[6]
İstinadlar
redaktə- ↑ Martino, John, redaktorWorldwide Government Directory with Intergovernmental Organizations 2013. 2013. səh. 56. ISBN 9781452299372.
- ↑ Shrivastava, K.M. News Agencies from Pigeon to Internet. Elgin, IL: New Dawn Press. 2007. səh. 190. ISBN 9781932705676.
- ↑ Ayvazyan, Hovhannes, redaktorՀեռագրա-լրատվական գործակալություններ // Հայաստան հանրագիտարան [Armenia Encyclopedia] (erməni). İrəvan: Ermənistan Ensiklopediyası. 2012. səh. 787.
- ↑ Suny, Ronald G. Armenia, Azerbaijan, and Georgia. Washington, DC: DIANE Publishing. 1996. səh. 63. ISBN 9780788128134.
- ↑ "Albanian Telegraphic Agency - ATA". BSANNA. 11 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 January 2014.
- ↑ Ananikyan, R. Արմենպրես // Hambardzumyan, Viktor (redaktor). Ermənistan Sovet Ensiklopediyası (erməni). İrəvan. 1976. səh. 96.
Ա․ ստեղծել է շատ տերմիններ և նորաբանություններ, որոնք մտել են արդի հայերենի բառապաշարի մեջ։
Xarici keçidlər
redaktə- armenpress.am — Rəsmi saytı