Artur Es - Wikipedia
Arthur Robert Ashe (10 iyul 1943[1][2][…], Riçmond[1] – 6 fevral 1993[3][2][…], Nyu-York, ABŞ[4]) — dünyada bir nömrə olmuş Amerikalı tennisçi. Karyerasında üç Qrand Slam çempionluğu olan Eş,performansı ilə Amerikanin ən yaxşı tennisçilərindən idi.
Arthur Eş | |
---|---|
Arthur Ashe | |
Digər adı | Arthur Robert Eş |
Doğum tarixi | |
Doğum yeri | Riçmond, Virciniya |
Vəfat tarixi | (49 yaşında) (49 yaşında) |
Vəfat yeri | Nyu York |
Vəfat səbəbi | QİÇS |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Afrika |
Təhsili | |
Fəaliyyəti | zabit, yazıçı |
Fəaliyyət illəri | 1970–1980 |
cmgww.com/sports/ashe/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Artur Robert Eş
redaktəAfrika -Amerikali Eş, ABŞ Davis komandasina seçilən ilk qaradərili idmançı idi. Eş Amerika Açıq və Avstraliya Açığı qazanan tək qaradərili idmançı olmuşdu. 1980'də karyerasını bitirdi. Artur Eş 1980-ci ilin əvvəlində keçirdiyi əməliyyat zamanı verilən qandan QİÇS xəstəliyinə tutuldu.1992-ci ilin aprel ayında xəstəliyini cəmiyyətə bildirən idmançı , QİÇS mövzusunda cəmiyyəti bilgiləndirməyə başladı. QİÇS'ə qalib gəlmək üçün Artur Eş dərnəyini quran idmançı 1993-cü ildə QİÇS'ə bağlı olan xəstəlik səbəbi ilə dünyasını dəyişdi.
Eş ölümündən sonraç 20 iyun 1993-cü ildə ABŞ prezidenti Bill Klinton tərəfindən Prezidentin Azadlıq Medalın'a layiq görüldü.
Karyerası
redaktəEş 1963-cü ildə Amerika Davis komandasına seçilən ilk qaradərili oyunçu oldu. 1965-ci ildə Collegiate Athletic Association] (NCAA)çempionluğunu qazanan idmançı UCLA'nın komanda olaraq zirvədə olmasında pay sahibi oldu.
1968-ci ildə eyni ilin ilk Amerika Açıq tennis turnirini qazanaraq, bunu əldə edən ilk qaradərili kişi idmançı oldu. Qardaşı onun yerine orduda əlavə xidmət etməyi qəbul etdiyinə görə Eş Viyetnam Müharibəsi üçün orduya getmək məcburiyyətində qalmamış çempionata qatıla bilmişdi.[5] Amerikalı tennisçi 1970-ci ilin yanvar ayında Avstraliya Açıq tennis müsabiqəsini qazanaraq, karyerasının ikinci Qrand Slam zəfərini yaşadı.[6] Tennisçilərin gedərək artan populyarlığını düşünərək onların yetərli qazancı əldə etmədiyini düşünən Eş ATP'yə (Peşəkar Tennis Birliyi) dəstək verdi.Eyni il Cənubi Afrika tərəfindən viza əldə edə bilməyən oyunçu bu səbəblə Cənubi Afrika Açiq tennis çempionatına qatıla bilmədi.
Eş 1975-ci ildə Wimbledon[ölü keçid] finalında Jimmy Connors'u məğlub edərək çempion olur.Daha sonra bir neçə il tennis karyerasını davam etdirən oyunçu 1979-cu ildə keçirdiyi ürək əməliyyatı sonrası 1980-ci ildə tennis macərasını sonlandırdı.
Artur Eş hələ də Wimbledon, Amerika Açıq və Avstraliya Açıq tennis cempionatını qazanan ilk qaradərili kişi tennisçidir. Eyni zamanda Fransa Açıq tennis çempionatını qazanan iki qaradərili oyunçudan biridir.
1940-cı illərin bir nömrəli tennisçisi olan Jack Kramer, 1979-cu ildə yazdığı avtobioqrafiyasında Eş'i dunyanın ən yaxşı 21 tennisçisindən biri olaraq adlandırmışdır.[7]
Karyerasından sonra
redaktəKaryerasını sonlandıran Eş, Time jurnalında yazıçılıq ABC Sports da şərhçi olaraq çalışmışdır. Artur Eş 1988-ci ildə üç cildlik A Hard Road to Glory: A History of the African-American Athlete (Zəfərə gedən çətin yol:Bir Afrikalı-Amerikalı atlet tarixi) kitbını yayımladı. Bu kitab üçün təxmini altı ay araşdırmacı qrupla bərəbər çalışmışdır.
EŞ aktiv fəaliyyət göstərərək insan haqqlarını müdafiə edirdi.İdmançı Cənubi Afrikada irqi ayrı-seçkilik siyasətinə görə ölkəyə gedən 31 məşhur Afrika-Amerikalı məşhurdan biri idi. 11 yanvar 1985-ci ildə Cənubi Afrikanın ABŞ səfirliyi qarşısındakı qatıldığı anti-apartheid nümayişi zamanı həbs edildi.9 sentyabr 1992-ci ildə Ağ Evin qarşısında Haiti'li qaçqınların nümayişində eyni vəziyyətlə qarşılaşdı.
Şəxsi həyatı
redaktəEş 1976-cı ilin oktyabrında yardım gecəsində tanış olduğu fotoqrafçı Jeanne Moutoussamy ilə 20 fevral 1977-ci ildə evləndi.Nikah nərasimi Nyu Yorkda baş tutdu.
Eş cütlüyü 1986-cı ilin dekabrında bir qiz uşağı övladlığa götürdü. Qızlarına həyat yoldaşının adından qaynaqlanaraq Kamera adını verdilər.
Sağlıq problemləri
redaktəEş 1979-cu ildə ürək tutması keçirdi. Hər kəs sağlam həyat tərzi keçirən idmançının bu problemlə qarşılaşmasına təəcübləndi.Amerikalı tennisçi 1979-cu ilin 13 dekabrında Dr. John Hutchinson tərəfindən əməliyyat olundu. Əməliyyatdan bir neçə ay sonra idmana geri dönəcək vəziyyetdə idi.Lakin ailəsi ilə çıxdığı Qahirə tətili zamani qaçarkən sinəsin də ağrılar hiss etməyə başladı.İdmançı 1983-cü ildə yenidən əməliyyat olundu.
1988-ci ilin sentyabr ayında sağ qolunda uyuşma hiss etdiyinə görə xəstəxanaya aparıldı.Bir neçə testdən sonra onda QİÇS virusunun olduğu aşkarlandı. Eş və həkimlər xəstəliyin ikinci əməliyyat zamanı verilən qanlardan keçdiyini başa düşdülər. Eş və ailəsi iki yaşındakı qızlarını düşünərək xəstəliyi gizlətmək qərarına gəldilər.
1992-ci ilə gəlindiyində Eş'in USA Today'də işləyən bir dostu xəstəlik barədə eşitmiş və doğrulamaq üçün özüylə əlaqə saxlamışdır. Eş xəbərin yayılacağını bilərək aldığı qərarla 1992-ci ilin 8 aprelində virus daşıdığını hərkəsə açıqladı. Eş'in açıqlamasından sonra yüzlərcə insan xəbərin qəzetdə yayilmaına etiraz etdi.
Xəstəliyi yayılan Eş, QİÇS xəstəliyinin daha çox tanınması üçün cinsəl bilgilər və güvənli cinsi munasibət haqqında çalışmağa başladı.Öz xəstəliyi ilə bağlı sualları cavablandıraraq sadəcə homoseksualların ya da narkotik aludəçilərinin bu xəstəliyə tutulması ilə bağlı yanlış düşüncələri yox etməyə çalışdı.
Eş bir müddət sonra QİÇS'ə qalib gəlmək üçün " Arthur Ashe " dərnəyini qurdu. Ölümündən iki ay əvəəl yetərsiz sağlıq xidməti problemlərini gündəmə gətirdiyinə görə,xalqın sağlığı üçün Arthur Ashe dərnəyini quran tennisçi Sports Illustrated jurnalı tərəfindən ilin idmançısı seçildi.Həyatının son illərini Days of Grace adlı kitabda xatirələrini yazan idmançı, son hissəsini ölümünə bir həftə qalmamış yazıb bitirə bilmişdi.
Ölümü
redaktəEş 6 fevral 1993-cü ildə Nyu York xəstəxanasında həyatını itirdi. Dəfn mərasimi 10 fevralda Riçmonddakı Artur Eş Atletika mərkəzində keçirildi. Cənazəyə 6000-dən çox insan qatıldı. Eş 1950-ci ildə ölən və məzarı Riçmondda Woodland Məzarlığında anasının yanında dəfn edilməyi vəsiyyət etmişdi.
Əsərləri
redaktə- Ashe, Arthur (1967). Advantage Ashe. University of Michigan: Coward-McCann. s. 192.(kömək)
- Ashe, Arthur (1981). Off the court. New American Library. s. 230.(kömək)
- Ashe, Arthur (1993). Days of Grace: A Memoir. New York: Alfred A. Knopf. ISBN 0-679-42396-6 (kömək)
- Ashe, Arthur (1993). A Hard Road to Glory: A History of the African-American Athlete. New York, NY: Amistad. ISBN 1-56743-006-6.(kömək)
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Tingay L. 100 years of Wimbledon (ing.). London Borough of Enfield: Guinness Superlatives, 1977. P. 193.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Collins B. The Bud Collins History of Tennis (ing.): An Authoritative Encyclopedia and Record Book. 2 NYC: New Chapter Press, 2010. P. 544. ISBN 978-0-942257-70-0
- ↑ http://www.nytimes.com/1993/02/08/obituaries/arthur-ashe-tennis-star-is-dead-at-49.html?ref=arthurashe.
- ↑ Qardaşı onun yerine orduda əlavə xidmət etməyi qəbul etdiyinə görə Eş Viyetnam Müharibəsi üçün orduya getmək məcburiyyətində qalmamış çempionata qatıla bilmişdi.
- ↑ Sentyabr ayında isə World Championship Tennis'lə 5 illik sözləşmə imzalayaraq peşəkar tennisçi oldu.
- ↑ "30 for 30 Shorts: 'Arthur & Johnnie". 2013-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.