Arvad Dasima Yarisi - Wikipedia
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır.
Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s.
Tarix
redaktəArvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır.[1] Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar.[2]
Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.[3][4][5]
1992-ci ildən Sonkayarvi şəhərində Arvad daşıma üzrə Dünya çempionatı keçirilir və qalibə qadının çəkisi qədər pivə verilir.[6][7]
Qaydalar
redaktəƏvvəllər yarış yolu qayalı olsa da, hal-hazırda su hovuzları və qum sahəsindən ibarətdir. Beynəlxalq Arvad Daşıma Yarışı Qaydaları Komitəsi idman növü üçün aşağıdakı qaydaları müəyyən edib:
- Yarış yolunun uzunluğu 253,5 metrdir.
- Yarış yolunda 2 quru əngəl və bir metr dərinliyində olan su əngəli var.
- Arvad sənin və ya qonşunun ola bilər, hətta başqa yerdən də ola bilər. Qadın ən az 17 yaşında olmalıdır.
- Qadının minimum çəkisi 49 kiloqram olmalıdır, lakin 49 kiloqramdan azdırsa, qadına əlavə yük bağlanır ki, 49 kiloqrama çatsın.
- Bütün iştirakçılar əylənməlidirlər.
- Qadın dəbilqə, kişi isə kəmər taxa bilər, əlavə təchizata isə icazə yoxdur.
- İştirakçılar təhlükəsizliklərindən özləri cavabdehdirlər.
- Yolu ən tez vaxtda başa çatdıran cütlük qalibdir.
- Ən əyləncəli cütlük, ən yaxşı kostyum və ən güclü daşıyıcı üçün xüsusi mükafatlar verilir.
Bu qaydalar ümumi qaydalardır, hər yarış üçün fərqli qaydalar tətbiq oluna bilər.
İstinadlar
redaktə- ↑ Wife-carrying is a thing in Finland Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine, SCMP, 8 July 2018
- ↑ English, Nick. "Wife Carrying Is the Latest Strength Sport for Couples". BarBend. 16 November 2016. 16 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2017.
- ↑ "The Strange Sport of Wife Carrying | bettor.com". February 19, 2011 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Thomas, Guy. "Wife Carrying World Championship". Funny Jokes. 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-16.
- ↑ "Maine couple wins North American Wife Carrying Championship at Sunday River Ski Resort". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-09-16.
- ↑ Jurvetson, Steve, World "Wife Carry" Championships, 2004-09-29, 2021-09-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-03-17
- ↑ Herring, Cady. "Plantation couple win beer, silver medal at Wife Carrying World Championships". sun-sentinel.com. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.