Asim Qaziyev - Wikipedia
Qazıyev Asim İsa oğlu — Ədəbi Yazarlar Birliyinin rəhbəri.
Asim Qazıyev | |
---|---|
Asim Qazıyev | |
Doğum tarixi | |
Doğum yeri | Samux, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyatı
redaktəAsim Qazıyev 1926-cı il 10 may tarixində Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kiravabad Pedaqoji institutunun (Gəncə Pedaqoji universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb.
Gəncəbasar Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.
Asim Qazyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb, sevilib. Maarif (Təhsil) nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. 1990-cı ildə səhhətilə əlaqədar təqaüdə çıxıb və Gəncə şəhərinə köçüb.
1999-cu il fevral ayının 19-da vəfat edib. Gəncədə “Səbzikar” qəbristanlığında dəfn olunub.
Yaradıcılığı
redaktə14 yaşından şer yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda ədəbiyyat dərnəyinə rəhbərlik edib. Ilk dəfə “Mənim yurdum” adlı şeri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub.
1996-cı ildə Asim Sevdalının “Qələmin qüdrəti yaz deyir mənə” adlı şer kitabı nəşr olunub. Asim Qaziyev xalq artisti Nəriman Əzimovun bəstələdiyi sevilən “Gözəl Gəncəmiz” və “Ümid çırağı” adlı mahnıların mətninin müəllifidir.
2016-cı il may ayında 90 illik yubileyi münasibətilə şairin "Xeyli sözüm var" adlı şeir kitabı çapdan çıxıb.
Ailəsi
redaktəAsim Qaziyev 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı qurub. Bir oğlu, üç qızları var. Oğlu və bir qızı həkim, bir qızı müəllim, o biri jurnalistdir. Fəridə xanım 2004-cü ildə vəfat edib.