Assam - Wikipedia
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri.
Assam | |
---|---|
আসাম অসম | |
|
|
Ölkə | |
İcra başçısı | Himanta Biswa Sarma[d] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 26 yanvar 1950 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IN-AS |
Avtomobil nömrəsi | AS |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəQərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır.
Tarixi
redaktəQədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi.[2] Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə[3] tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
XIII əsrin əvvəllərində bölgəni Bənqaldakı müsəlman sultanlar əllərinə keçirdilər.[4] Dehli sultanı Sultan Qütbəddin Aybəkin komandanlarından Bəxtiyar Xalaci idarəsindəki ilk müsəlman basqınlarıyla qədim krallıqların hakimiyətləri sarsıldı. 1228-ci ildə Şimali Tailand bölgəsindən gələn və bir Buddist Tay qəbiləsi olan Ahumlar Assama girərək Ahum krallığını qurdular. Müsəlmanların bölgədəki irəliləmələri üç mərhələdə oldu. Birincisi Bəxtiyar Xalaci ilə başlayıb (1206) İskəndər şah zamanınaqədər(1357) sürdü.
Dehli sultanlığının Benqal valiləri Qiyasəddin İvaz (1227) və İxtiyarəddin Yüzbək Toğrul xan (1257) tərəfindən bölgəyə səfərlər hazırladığı isə də qalıcı bir nəticə alına bilmədi. Rüknəddin Keykavus (1291-1302) və Şəmsəddin Firuz şah (1302-1318) zamanlarında Assamın bir bölümü zəbt edildi. Şəmsəddin İlyasşah dönəmində (1340-1357) Kamrup ələ keçirildi. Oğlu İskəndər Şah (1357-1393) isə burada pul zərb etdirdi. İkinci dönəm, Benqal sultanı Barbək Şahın (1459-1474) Kamta kralını məğlub etməsi və Əlaəddin Hüseynşahın (1494-1519) Kamrupu fəthiylə başladı. Benqal sultanı Nusrətşah dövründə (1519-1532) Ahumlara qarşı bəzi hücumlar edildiysə də uğur qazanıla bilmədi. Nüsrətşahın ölümündən sonra Ahum hökmdarı Shungmung (1497-1539) şimal-qərb bölgəsində hakimiyətini qurdu. Bu dönəmdə Assam şərqə doğru genişləyərək Naga krallığını sərhəd-sınırları içinə aldı. Assamda İslamiyətin yayılmasının üçüncü dönəmi Benqaldakı Babur valisi İslam xanın Kamrupu geri almasıyla başladı (1612).
Şah Cahan zamanında (1628-1658) Ahumlar, Benqal əyalətinin bir parçası sayılan Kamrupda üsyan edərək buranı ələ keçirdilərsə də bölgə 1639-cu ildə Benqal hakimi Əlaəddin İslam xan tərəfindən geri alındı. Ancaq 1658-ci ildə Şah Cahanın oğulları arasında çıxan taxt qovğaları üzündən meydana gələn qarışıqlıqlardan faydalanan ahumlar Assamı hakimiyətləri altına aldılar. Övrəngzeybin səltənətinin ilk illərində komandanlarından Mir Cumla 1662-ci ildə bölgəni yenidən ələ keçirdi.[5] 1682-ci ildə Böyük Moğolların zəifləməsindən faydalanaraq Assama yerləşən Ahumlar, Brahmaputra vadisində hakimiyətlərini sürdürdülər.
Assam 1792-ci ildə Burmanın işgalına uğradı. Assam kralı Gaurianath, İngiltərənin bölgədəki təsirli quruluşu olan Şərqi Hindistan Şirkətindən (East India Company) yardım istədi. İngiltərənin dəstəyiylə geri oturdulan Birmalılar 1816-cı ildə yenidən gəldilər. 1824-1826-cı il savaşlarından sonra Birma, Yandaboo andlaşması (26 noyabr 1826) ilə Assamı Şərqi Hindistan Şirkətinə buraxdı. 1838-ci ildə Benqala bağlanan Assam müstəqil bir əyalət oldu; 1905-ci ildə Şərqi Benqala bağlandı; 1919-cu ildə müstəqilliyini əldə etdi. II Dünya müharibəsində ingilislərin Çin və Birmaya yardım maddələri göndərməsində önəmli rol oynadı. Savaş sırasında ingilislərlə yaponlar arasında böyük bir çarpışmaya səhnə oldu. Yaponlar 1944-cü ildə bu strateji bölgəni ələ keçirmək istədilərsə də uğur qazanmadılar. Assam 26 yanvar 1950-ci ildə Hindistan respublikasının bir ştatı halına gəldi. Banqladeşdən bölgəyə köç edən müsəlmanlara etiraz edən yerlilər Assam ştatından ayrılıb Naqaland (1963) və Meqalaya (1970) adlarıyla müstəqil iki ştat təşkil edərək Mizoram adını verdikləri bir bölgə təşkil etdilər (1972).[6]
Əhalisi
redaktə1981-ci ildə əhalisi 18.896.843 olan Assamda 5 milyon civarında müsəlman yaşayır.
Dili
redaktəAssamda danışılan dil Assam dili və Benqalcadır.
İqtisadiyyatı
redaktəƏdəbiyyat
redaktə- N. N. Acharyya, A Brief History of Assam, New Delhi, 1987;
- J. Horovitz, “Assam”, İA, I, 679-680;
- A. H. Dani, “Assam”, EI² (İng.), I, 719-720;
- J. P. Mill, F. R. Allchin, “Assam”, EBr., II, 619-621;
- Fəthullah Müctəbai, “Asam”, DMBİ, I, 332-337.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 2011 census of India.
- ↑ E. A. Gait, A History of Assam, Calcutta, 1906.
- ↑ İbn Bəttuta, Səyahatnamə, II, 276, 280.
- ↑ A. Schimmel, Islam in thə Indian Subcontinent, Leiden, 1980, s. 50
- ↑ Jadunath Sarkar, A Short History of Aurangzib, New Delhi, 1979, s. 102-111.
- ↑ S. Wolpert, A New History of India, New York, 1982, s. 216-247, 411.
Xarici keçidlər
redaktə