Astara Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Astara Tarix — Diyarşünaslıq muzeyi — H.Əliyevin təşəbbüsü və rəhbərliyi muzey işinə dair qərar və rayonlarda Tarix – Diyarşünaslıq Muzeylərinin yaradlıması qərarında Astara Tarix — Diyarşünaslıq muzeyi öz əksini taparaq yaradılmışdır.
Astara Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1980 |
Mövzu | Tarix |
Yerləşir | Astara, R. Axundov küçəsi 2 |
Kolleksiyası | 7839 eksponat |
Telefon | (+994 25) 225 14 86 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzeyin tarixi
redaktəMuzey 4 yanvar 1980-ci tarixli qərarla yaradılmışdır. 1984-cü ildə bina inşa edilərək istifadəyə verilmişdir.Muzeyin ümumi sahəsi 600 kv metr ekspozisiyanin sahəsi 200 kv metr təşkil edir. Muzey 3 şöbə və 6 bölmədən ibarətdir. Muzeyi Əmək veteranı Əsədulla İmaməliyev tərəfindən müxtəlif dövrləri əhatə edən və bölgəmizin etnoqrafiyasına aid müxtəlif əşyaları toplayaraq bir araya gətirmiş, muzey kimi ilk fəaliyyətini rayonun müxtəlif inzibati binalarında və sonradan rayonun mərkəzi mədəniyyət evində muzey təşkil edilmişdir.[1]
Muzeyin eksponatları
redaktəMuzeyin ekspozisiyasında 2038 ədəd tarixi eksponat nümayiş olunur. Muzeydə ümumi eksponatların sayı 7839 ədəd təşkil edir.[2]
Muzeyin ekspozisiya bölmələri
redaktə- Təbiət və Orta əsrlər bölməsi.
- Milli Mədəniyyət İnqilab bölməsi.
- Müharibə bölməsi vəMüasir həyat bölməsi.
Muzeydə toplanmış tarixi eksponatları əsasən Əmək veteranı Ə. İmaməliyev toplayıcılıq yolu ilə və rayon ziyalılarının, müxtəlif peşə sahiblərinin tərəfindən muzeyə hədiyə edilmişdir.Muzeydə olan eksponatlar əsas 8 adda kolleksiyalara ayrılmışdır.[3]
Muzeyin kolleksiyasi
redaktə- Arxelogiya
- Nəqqaşlıq
- Məişət və etnoqrafiya
- Heykəltaraşlıq
- Tətbiqi incəsənət
- Fotoqrafiya
- Sənədlər
- Sairələr
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir". =http://www.kultura.gov.az. İstifadə tarixi: 26.11.2020.
- "Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi". http://kataloq.cmap.az.
- "Tarix və diyarşünaslıq muzeyləri - yaşayan tariximizin təkrarsız ünvanı..." http://anl.az. İstifadə tarixi: 26.11.2020.
İstinadlar
redaktə- ↑ "Astara Tarix - Diyarşünaslıq muzeyi". http://lankaran.mctgov.az. 2020-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26.11.2020.
- ↑ "Azərbaycan muzeyləri". https://museum.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.11.2020.
- ↑ "Muzeylər müasir azərbaycançılıq ünvanları kimi..." www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.11.2020.