Atsiz Xarezm Hokmdari - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097–1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128–1156).
Əlaəddin Atsız | |
---|---|
علاء الدين أتسز | |
1128 – 1156 | |
Əvvəlki | I Məhəmməd |
Sonrakı | El Arslan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Köhnə Ürgənc, Xarəzmşahlar dövləti |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Köhnə Ürgənc, Xarəzmşahlar dövləti |
Fəaliyyəti | siyasətçi |
Atası | Qütbəddin Məhəmməd |
Uşağı | |
Ailəsi | Anuştəkinlilər sülaləsi |
Dini | İslam |
Həyatı
redaktəSəlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir[1]. Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir[2].
Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129–1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi. 527-ci (1132–33-cü) ildə aşağı Seyhun boylarındakı məşhur Cənd şəhəri üzərinə yürüyüb, buranın qeyri-müsəlman hökmdarını məğlubiyyətə uğratdı və bir çox qənimət ələ keçirdi. Atsızın bu səfərdəki əsl qayəsi isə Türk bozqırlarının insan gücündən əsgərlik sahəsində faydalanmaqdı. Xələfləri də bu siyasəti şüurlu bir şəkildə həyata keçirmişdirlər. Bunun nəticəsində İslam aləminin hər yerində birinci sinif əsgər sayılan türklərin Qıpçaq qolu ilə onların ən yaxın qardaşları olan Qanqlılardan çox sayda oymaqlar əsgəri xidmətlərə alındılar. Bu da Xarəzmşahlar dövlətinin getdikcə güclənməsində və bu dövlətin Seyhundan Araza qədər uzanan böyük bir imperiya halına gəlməsində ən mühüm ünsürlərdən birini təşkil etdi. Atsız X əsrdən bəri türkmənlərin yurdu olan Manqışlağı da fəth etmiş, fəqət türkmənləri əsgərlik xidmətində tutmayaraq sadəcə vergi verən rəiyyət səviyəsində tutmuşdu.[3]
Başlangıcda Sultan Səncərə sədəqatlə xidmət edən Atsızın daha sonra ona üsyan etdiyi görünür. Cüveyniyə görə bunun səbəbi, Xarəzmşahı qısqanan və onu çəkə bilməyənlərin sözlərinin təsiri altında qalan Sultan Səncərin Qəznə səfəri sırasında (1135–1136) Atsıza soyuq davranmasıdır.[4] Sultan Səncər isə Xarəzmşahı, Manqışlaq və Cənd uclarındakı məsum insanların qanlarını tökmək və daima küffarla (yəni qeyri-müsəlman türklər) savaşan qaziləri yox etməklə ittiham edirdi.[5] Fəqət Sultan Səncərin 1135-ci ildə Abbasi vəziri Xalid ibn Nuşirəvana yolladığı məktubda Atsızın Cəndi almasını təbəələrindən birinin bacarığı şəklində göstərdiyi də bilinir. Bununla bərabər əsl səbəb yenə buradan gəlmiş ola bilər. Yəni Manqışlaq və Cənd tərəflərindən gələn şikayətlərə görə Səlcuq hökmdarı onlara adil davranması üçün Xarəzmşaha təpinmiş, Atsız da buna əsəbləşərək üsyan etmiş ola bilər. Səncərin 1138-ci ildə çoxsaylı bir ordu ilə Xarəzmə yürüdüyünü xəbər alan Atsız, ordugahını Həzarəsb qalasının önündə qurdu. Atsızın ordusunda çox sayda qeyri-müsəlman türklərə mənsub əsgərlər də vardı. Burada aparılan savaşda (1138) Atsız çox dayana bilməyərək yenildi və savaş meydanını tərk etdi. Əsgərindən təqribən 10.000 nəfər öldürüldü, yaralandı və əsir alındı. Əsir alınanlar arasında Atsızın oğlu Atlığ da vardı. Mərhəməti və bağışlayıcılığı ilə tanınmış olan Sultan Səncər savaş meydanında Atlığı iki parça etdirib başını Mavəraünnəhrə göndərdi. Bu, Səncərin Atsıza son dərəcə qızmış olduğunu göstərdiyi kimi, Xarəzmin idarəsini qardaşı oğularından Süleymana verməsi də bununla əlaqəlidir. Zəif və qabiliyyətsiz bir şəxs olan Süleyman Atsıza çox müqavimət göstərə bilməyərək çox keçmədən Mərvə, əmisinin yanına döndü. Növbəti il (534/1139–40) Atsız Buxaraya hücum edib qala divarlarını dağıtdı və şəhərin valisi Zəngi ibn Əlini öldürdü; çox keçmədən də Sultan Səncərə sadiq qalacağına dair and içdi[6].
Sultan Səncərin Səmərqənd yaxınlarındakı Katvan çölündə qarakitaylara yenilməsi (səfər 536/sentyabr 1141), onun çox uzun sürən siyasi həyatında yediyi iki böyük zərbədən biridir. Bu məğlubiyətə görə Mavəraünnəhr tamamilə buddist qarakitayların nəzarəti altına keçdi. Atsız da yenidən üsyan edərək Səncərin paytaxtı Mərvi yağmaladı və Nişapurda öz adına xütbə oxutdurdu. Səlcuq sultanı daha sonra özünü toparladı və ikinci dəfə Xarəzmə yürüyərək Mərvdən götürülmüş olan xəzinəni geri aldı, Xarəzmşaha da yenidən mətbuluğunu qəbul etdirdi (538/1143–44). Cüveyninin bildirdiyinə görə Sultan Səncərə qəzəbini davam etdirən Atsız iki ismaili fədaisini Səlcuqlu hökmdarına sui-qəsd etmək üzrə Mərvə yolladı, fəqət bu işdə uğurlu olmadı[7]. Buna görə Səncər üçüncü dəfə Xarəzmə gedib Həzarəsbi aldıqdan sonra Xarəzmşahın paytaxtı Ürgəncə yaxınlaşdığı sırada çətin bir duruma düşən Atsız, Ahupuş adlı bir dərviş vasitəsiylə özünü sultana əhf etdirdi (1147–1148). Bu hadisədən sonra Atsız artıq Sultan Səncərə qarşı hər hansı bir üsyan hərəkətində ola bilmədi. Girişdiyi mübarizələlər ona baha başa gəlmiş, bu arada Cənd də əlindən çıxmışdı. Bir müddət sonra Cəndi geri alan Atsız, oğlu El Arslanı buraya qubernator təyin etdi (1152). Növbəti il Sultan Səncər öz eli olan oğuzlara yenilib əsir düşdü. Sultan Səncərin əmirləri ona vəkalətən bacısının oğlu qaraxanlılardan Mahmud xanı taxta çıxardılar. Mahmud xan oğuzlarla girişəcəyi mübarizə üçün, sultanın hüququnu müdafiə edəcəkmiş kimi bir tövr taxınan Atsızdan yardım istədi. Atsız Ürgəncdə oğlu Xıtay xanı vəkil buraxıb, digər oğlu İlarslan ilə birlikdə Şəhristanəyə gəldi. Özü hələ burada ikən Sultan Səncərin əsirlikdən qurtarılmış olduğu xəbərini aldı (səfər 551/aprel 1156); daha sonra Nəsaya vardı və buradan Sultan Səncərə bir məktub yazdı. Xarəzmşah bu məktubunda əsirlikdən qurtulduğu üçün sultanı təbrik edir, tabeliyini bildirdi. Atsız Sultan Səncərin xidmətində birlikdə hərəkət etmək üçün yuxarıda adı keçən Mahmud xana, Sistan hökmdarına, Qur məlikinə, Mazandaran ispəhbədinə və digərlərinə də məktublar yazmışdı. Sonra Xabuşanda Mahmud xan ilə dostca görüşdü. Qısa bir müddət sonra da sultandan onu məmnun edən bir məktub aldı. Sistan və Qur məliklərinin gəlmələrini gözlədiyi sırada Sultan Səncəri əsir etmiş olan Oğuz bəylərinin ən böyüyü Tuti bəyə bir məktub göndərdi. Bartoldun şərq diplomatiyası üslubunun ən gözəl örnəklərindən biri dediyi[8] bu məktubda onlara sultandan özlərini bağışlamasını rica etmələrini təlqin edir, Mahmud xanın, Sistan və Qur məlikləriylə özünün sultanın onlara yaşayacaqları bir yurd və ehtiyacları olan şeyləri verməsi üçün şəfaətdə olacaqlarını söyləyirdi (bu məktubun məzmunu üçün bax. Naməha-yi Rəşidüddin Vatvat, s. 29–32). Fəqət Atsız bir müddət sonra keçirdiyi bir iflic nəticəsində Xabuşanda vəfat etdi (9 cəmaziyəlaxir 551 / 30 iyul 1156).
Atsız, başta Bartold olmaq üzrə bütün tədqiqatçıların bildirdikləri kimi, Xarəzmşahlar dövlətinin gerçək qurucusudur. Hadisələr onun ağıllı, cəsur, enerjili, qeyrətli və xeyrxah bir hökmdar olduğunu açıqca göstərir. Bitməz-tükənməz bir enərjiyə sahib olaraq daima mübarizə etmək və uğursuzluqlar qarşısında düşkünlük göstərməmək Atsız və xələflərinin, digər bir təbirlə Xarəzmşahlar xanədanının ən gözəl vəsfidır. Atsız, onlara mərhəmət və şövqət göstərdiyi üçün Xarəzm xalqı tərəfindən sevilirdi. Qaynaqlarda ona "məlik-i adil" deyilməsi bu xüsusiyyətlə əlaqədardır. Sultan Səncərin qardaşı oğlu Süleymanın Xarəzmdə dayana bilməməsinin digər mühüm bir səbəbi də budur. Ağıllıca bir hərəkətlə hakimiyyətini aşağı Seyhunun ən canlı ticarət mərkəzi olan Cənd şəhəri və ətrafında güclü bir şəkildə quraraq bozqırların hərbi güc qaynağından asanca faydalanmış, oğlu və xələfi İlarslanı Cənd valiliyinə gətirdərək ona bunun önəmini göstərmişdir. İlarslan ilə onun oğul və nəvəsinin eyni siyasətə bağlı qalmaları nəticəsində Xarəzmdə tarixdə ilk dəfə qüdrətli bir dövlət və böyük bir imperiya qurulmuşdur. Atsız və xələfləri bu xüsusa lazımlı önəmi verməsəydilər dövlətləri də köhnə xarəzmşahlarınkı kimi məhəlli bir bəylik halında qalacaqdı. Atsız da atası kimi təhsil görmüş bir hökmdardı. Farsca bir çox şeir və bilxassa rubailər söylədiyi bilinir. Zamanın ən məşhur münşilərindən olan Rəşidüddin Vatvat onun divanında vəzifə almışdı. Bununla bərabər xələflərində olduğu kimi Atsızda da türklük xüsusiyətlərinin qalib olduğu görünür. Övladlarına daha ziyadə türkcə adlar verməsi bu üzdəndir. Abbasi xəlifəsi və İslam hökmdarları ilə dostca münasibətlər quran Atsız, mədəni davranışlı bir hökmdar olub, görüşdüyü kimsələr üzərində də daima müsbət bir obraz təsəvvürü qoyurdu.
Atsızın ləqəbi Əlaəddin (bəzi tarixi əsərlərdə Bahaəddin), Türkcə ünvanı isə Qızılarslandı.
Atsız, atası və babası kimi Səlcuq sarayında yetişmiş, elm və dövlət işlərində gördüyü təhsil ilə göz dolduraraq yüksək mövqelərdə vəzifə ala bilmək üçün həddi-büluğunu isbat etmişdi. Belə ki, uğurları və sədaqətinə görə şəxsən Sultan Səncərin təvəccöhünə məzhər olmuş olmuşdu. Bu çərçivədə atası Qütbəddin Məhəmmədin yerinə Xarəzm qubernatoru olaraq təyin olunmuş Atsız, qısa müddət içərisində Xarəzm xalqının əvvəldən bu sülaləyə qarşı gələn sədaqət və hörmətini əldə edərək eynilə atası və babası kimi hörmətli bir lider olaraq qarşılanmışdır. Uğurlu bir dövlət adamı olmaqdan başqa güclü bir komandir olan Atsız, Xarəzmə təşkil etdiyi ordu ilə Səncərin ordusunda vəzifə alaraq bir çox müvəffəqiyyətində böyük pay sahibi olmuşdur.
Atsız, hər nə qədər qubernator sifətini daşısa da, Xarəzm xalqı, Anuş Tigin dövründən etibarən 35 il boyunca idarəsi altında olduğu sülalə silsiləsinə yüksək bağlılıq və sədaqət göstərir, bu səbəbə görə də, o özünü yalnız bir qubernator kimi deyil, qeyd-şərtsiz bir lider və sultan olaraq görürdü. Üstəlik atası Qütbəddin Məhəmməd, Səlcuq sultanına sədaqəti və özünə edilən etibara görə yarı müstəqil olaraq hərəkət etməyə başlamışdı. Bu baxımdan özü də Xarəzm bölgəsinin idarəsində olduqca yüksək səlahiyyətlərə sahib idi. Ancaq Asız, atası və babası kimi Səlcuqlu sultanına qeydsiz-şərtsiz bağlı qalmayıb müstəqil hərəkət etməyə, hətta Səlcuq sultanını qarşısına almağa niyyətlənmişdi. Xarəzm xalqının özünə bağlılığından istifadə edərək Böyük Səlcuqlu Dövlətinin zəifləməsindən istifadə etmək məqsədiylə girişdiyi bu müstəqillik hərəkəti nəticəsində özünə bağlı qüvvələrlə Cənd və Manqışlaq bölgələrinə hücum edərək hakimiyyəti altına daxil etdi. Atsızın bu müstəqil hərəkəti Sultan Səncəri çox hirsləndirdi. Səncər, onu bu hərəkətinə görə tənqid və eyni zamanda xəbərdarlıq edincə isə ortaya çıxan ədavət nəticəsində ani bir hərəkətlə Böyük Səlcuq Dövlətinə bağlılığını ortadan qaldıraraq özünü Sultan elan etdi. Atsızın bu hərəkəti Xarəzmşahlar Dövlətinin həqiqətən yaradılması mənasını verirdi (1138).
Sultan Səncər, Atsızın bu hərəkəti qarşısında Xarəzm bölgəsinin hakimiyyətini itirməmək üçün şəxsən ordusunun başına keçərək Atsızın üstünə gəldi. Atsızın bu ilk müstəqillik sınağı müvəffəqiyyətsizliklə nəticələndi. Böyük Səlcuq Dövləti, hər nə qədər zəifləmiş və çətin günlər keçirmiş olsa belə Sultan Səncər ordusunun başına keçərək Atsızın ordularını darmadağın edərək Xarəzm bölgəsini yenidən ilhaq etdi. Atsızın yerinə Süleyman Min Məhəmmədi vali təyin edərək Mərvə geri döndü. Süleyman ibn Məhəmməd, Xarəzm xalqının Atsıza bağlılıq və dəstəyini ortadan qaldırmaq üçün Atsızı dəstəkləyən zümrələr üzərində ağır təzyiqlər quraraq xalqın qəzəbini üzərinə çəkdi. Anuş Tigin dövründən bəri davam edən firavan və dinc həyatları bir anda pozulan və müstəqillik arzuları xəyalla nəticələnən Xarəzm Xalqı Süleyman Min Məhəmmədə qarşı bağlılıq göstərmədi və bu ərazinin Atsızın hakimiyyəti altına yenidən keçməsi çətin olmadı. 1140-cı ildə Süleyman Min Məhəmmədi hakimiyyətdən endirərək yenidən Xarəzmin idarəsini əlinə aldı. Ancaq Sultan Səncərin hücumundan çəkindiyi üçün müstəqillik iddiasından imtina Səncərə bağlılığını elan etmişdir. Bu bağlılıq da uzun sürmədi. Sultan Səncər, Qarakitaylarla girişdiyi mübarizədə məğlub olunca ordusu ilə Mərv şəhərini mühasirəyə alaraq Böyük Səlcuq Dövlətini tamamilə ələ keçirməyə cəhd etdi (1141). Sultan Səncər, Mərvin mühasirəsinə görə Xorasana çəkilmək məcburiyyətində qalmışdı. Atsız da zəfərini gücləndirmək üçün Nişapura hücum etdi və buranı da hakimiyyəti altına aldı (1142). Hakimiyyətini gücləndirmək üçün adına xütbə oxutdu və özünü Böyük Səlcuq Dövlətinin hökmdarı olaraq görməyə başladı. Sultan Səncər, Xorasanda olduğu dövrdə ordusunu və iqtidarını gücləndirib yenidən ortaya çıxdı. Atsız, Səncərin qüvvələrindən çəkinərək Mərvi tərk etdi və yenidən Sultan Səncərə bağlılığını elan etmişdir. Atsız, fürsət tapdıqca Səncəri məğlub etməyə çalışır, uğursuzluğa düçar olanda isə bağlılığını bildirərək sülh etməyə çalışırdı. Səncər, bu problemi tamamilə ortadan qaldırmaq üçün Atsızın bağlılığını qəbul etməyərək Xarəzm şəhərinə hücuma keçdi. Xarəzmin ən strateji nöqtəsi olan Hazarasp qalasını fəthi ilə Atsızın səltənət mərkəzi olan Cürcanın düşməsi və Səncərin qələbəsi qaçınılmaz hala gəlmişdi. Atsız yenə Sultan Səncərə bağlılığını bildirərək Sülh etməyi təklif etdi. Səncər, bu təklifi qəbul etməyincə Xarəzm bölgəsinin hörmətli din adamlarından birinin müsəlman qanı tökülməməsi üçün xahiş etməsinə görə hücumu yarıda buraxıb Atsızın bağlılığını qəbul edərək geri döndü. Atsız yenə Səncərə məğlub olub yenə bağlılığını bildirərək Xarəzm bölgəsinin idarəsini əlində tutmağı bacardı.
Atsız, Səncərin son hücumundan sonra uzun bir müddət Səlcuq təhdidinə məruz qalmadı. Çünki Sultan Səncər, dövlətin digər problemləri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı və Xarəzm bölgəsinin idarəsi, Səncər tərəfindən tanınmasa da əslində bölgə müstəqil olaraq varlığını davam etdirirdi. Atsız, 1156-cı ildə vəfat etdi və yerinə qardaşının oğlu İlarslan keçdi. Qütbəddin Məhəmmədin oğlu Atsızı Xarəzm qubernatoru olaraq təyin etdi.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı, "Mütərcim",2015, 408 səh.
İstinadlar
redaktə- ↑ əl-Kamil, X, 268
- ↑ İbn İsfəndiyar, II, 54
- ↑ Beyhaki, Tarix (nşr. Bəhmənyar), s. 272, 283
- ↑ Cüveyni, Tarix-i Cahangüşay, II, 3–5, 7, 8, 10–12, 88, 89.
- ↑ . Əxbarüd-dövlətis-Səlcuqiyyə, s. 95–96.
- ↑ Əsnad və Naməha-yi Tarixi, s. 97–99
- ↑ (Tarix-i Cahanqüşay, II, 8)
- ↑ Turkəstan Down to the Mongol Invasion, s. 331