Avqusto Sandino - Wikipedia
Avqusto Sandino (isp. Augusto Nicolás Calderón Sandino; 18 may 1895[1] – 21 fevral 1934, Manaqua, Nikaraqua[2])) — Nikaraqua partizan lideri. Sandinista Xalq Cəbhəsi adını Avqusto Sandinodan götürmüşdür. Sandino 1926-cı ildə Baş Nazir Xuan Bautista Sakaranı prezidentlik vəzifəsinə gətirilməsi üçün apardığı silahlı mübarizə də məşhurlaşmışdır. ABŞ dəniz piyadaları korpusunun 1927-ci ildə ölkəyə müdaxilə etməsindən sonra tərəfdarlı ilə birlikdə ölkənin şimalındakı dağlarda gizlənmişdir. ABŞ və Nikaraqua ordusuna qarşı apardığı uğurlu əməliyyatlar nəticəsində xalqın dəstəyini qazanmışdır.
Avqusto Sandino | |
---|---|
isp. Augusto Nicolás Calderón Sandino | |
Doğum tarixi | 18 may 1895[1] |
Vəfat tarixi | 21 fevral 1934 (38 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Nikaraquada inqilab başçısı. |
Fəaliyyət illəri | 1927–1934 |
Vikianbarda əlaqəli mediafayllar |
Sandino tərəfindən icra olunan hərbi əməliyyatların əsas məqsədlərindən biri də Nikaraqua xalqında Amerika Birləşmiş Ştatlarına qarşı mənfi fikirlərin formalaşdırılması idi və proseslərin gedişi zamanı partizanlar öz istəklərinə qisməndə olsa nail olmuşdular. 1933-cü ilin yanvar ayında ABŞ ordusunun ölkədən çıxması və Sakaranın hakimiyyətə gəlməsindən sonra tərəfdarlarının bir qismini dağıdaraq sülh prosesinə başlamışdır.
Partizanların tərkisilah edilməsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Xalq Mühafizəçilərinin komandiri Anastasio Somoza Qarsiyanın adamları tərəfindən oğurlanaraq öldürülmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 Augusto César Sandino // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118605399 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
redaktə- Vikianbarda Avqusto Sandino ilə əlaqəli mediafayllar var.