Avstraliya Kommunist Partiyasi 1920 - Wikipedia
Avstraliya Kommunist Partiyası (AKP; ing. Communist Party of Australia; CPA) — Avstraliyada siyasi partiya. 1920-ci ildə yaradılmışdır. AKP-nin ən qüdrətli dövrü 1940-cı illərə təsadüf edir. 1940-cı ildə müvəqqəti olaraq qadağan edilən partiya 1991-ci ildə ləğv edilmişdir.
Quruluş tarixi | oktyabr 1920 |
---|---|
Dağılma tarixi | 1991 |
Baş qərargah | Kommunist-Holl, Sidney, Avstraliya |
İdeologiya |
|
Gənclər təşkilatı |
|
Şüar | Bütün ölkələrin proletarları birləşin! |
Bələdiyyədə |
1 / 62 |
Mətbuat orqanı | Tribune |
Vikianbarda əlaqəli mediafayllar |
Partiyanın gənclik qanadı müxtəlif vaxtlarda müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Bunlara aiddir: Gənc Kommunist Liqası, Gənc Yoldaşlar Klubu, Gənc Demokratlar Liqası, Evrika Gənclər Liqası və nəhayət, Sosialist Gənclər Liqası.
Tarixi
redaktəAvstraliya Kommunist Partiyası 1920-ci ildə partiyanın təsis qurultayında yaradılmışdır. 1940–1942-ci illərdə gizli fəaliyyət göstərmişdir. 1960-cı illərin ortalarına qədər Lens Şarkinin partiyaya başçılıq etdiyi dövrdə AKP fəhlə sinfinin proletar beynəlmiləlçiliyi mövqelərində möhkəm duran mübariz marksist-leninçi partiyası idi. AKP-nin 1951-ci ildə keçirilən 16-cı qurultayında qəbul edilən və 1964-cü ildə keçirilən 20-ci qurultayında tamamladığı "Avstraliyanın sosializmə doğru yolu" partiya proqramında "fəhlə sinfinin və bütün xalqın mənafeyinə müvafiq olaraq sosializmə dinc yolla nail olmaq" partiyanın son məqsədi elan edilirdi. AKP demokratik mərkəziyyət prinsipi əsasında qurulurdu. AKP onnun kütləvi bazası olan həmkarlar ittifaqları, habelə sülh tərəfdarları hərəkatı və qadın hərəkatı ilə sıx bağlı idi.[1]
AKP nümayəndə heyətləri kommunist və fəhlə artiyalarının 1957 və 1960-cı illər Beynəlxalq Moskva müşavirələrində iştirak etmişdir. 1960-cı illərin ortalarından AKP-nin siyasi xəttində kəskin dönüş baş vermişdir. AKP-nin 1967-ci ildə keçirilən 21-ci qurultayında partiyanın proqramı ləğv edilmiş, demokratik mərkəziyyət haqqında müddəa əslində nizamnamədən çıxarılmışdır. 1970-ci ildə keçirilən 22-ci qurultayda qəbul edilən "AKP-nin məqsədi, metodları və təşkili" adlı yeni proqramda partiyanın ideoloji əsası kimi marksizm-leninizmin adı çəkilmir, fəhlə sinfinin rəhbər rolu və onun inqilabi hakimiyyətinin bərqərar olması, cəmiyyətin inqilabi yolla dəyişdirilməsi uğrunda mübarizədə kommunist partiyasının qabaqcıl rolu məsələsi qoyulmur, sosialist ölkələri təcrübəsinin "Avstraliya şəraitində uyğun olmadığı" elan edilir. Proqramın beynəlmiləlçi hissəsi son dərəcə qısaldılır.[1]
AKP nümayəndə heyəti kommunist və fəhlə partiyalarının 1969-cu il Beynəlxalq Moskva müşavirəsində iştirak etmiş, lakin müşavirənin Yekun sənədini imzalamaqdan imtina edərək, onun yalnız 3-c böməsi ilə razılaşmışdır. AKP-nin 22-ci qurultayında qəbul edilmiş xəttə qarşı, partiyanın marksizm-leninizm, proletar beynəlmiləlçiliyi mövqelərinə qayıtması uğrunda çıxış edən Avstraliya kommunistlərinin xeyli hissəsi AKP-dən çıxaraq, 1971-ci ilin dekabrında müstəqil partiya — Avstraliya Sosialist Partiyasını yaratmışdır. AKP-nin 1972-ci ildə keçirilən 23-cü və 1974-cü ildə keçirilən 24-cü qurultayları partiya rəhbərlərinin siyasi xəttində heç bir dəyişiklik etmədi.[1] Partiya 1991-ci ildə ləğv edilmişdir.[2]
Strukturu
redaktəAKP-nin ali orqanı qurultay idi. Qurultay AKP Milli Komitəsini seçirdi.[1]
Mətbuat orqanı
redaktəAKP-nin mərkəzi orqanı həftəlik "Tribune" qəzeti, nəzəri orqanı isə aylıq "Australian Left Review" jurnalı olmuşdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 55–56.
- ↑ "SEARCH Foundation" (ingilis). SEARCH Foundation. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2011.
Əlavə ədəbiyyat
redaktə- Stuart Macintyre, The Reds, 1998, Allen and Unwin. 1st volume of a major history covering foundation to 1941.
- Alastair Davidson, The Communist Party of Australia: A short history, 1969. Covers foundation to the late 1960s.
- Bennett, James. Rats and Revolutionaries:The Labour Movement in Australia and New Zealand 1890–1940. Dunedin, NZ: University of Otago Press. 2004. ISBN 1-877276-49-9.
- Tom O'Lincoln, Into the Mainstream: The Decline of Australian Communism, January, 1985. ISBN 0-9590486-1-8.
- Daisy Marchisotti, Land Rights: The Black Struggle, Brisbane: Queensland State Committee, Communist Party of Australia, 1978. ISBN 0909913323