Avstriya Osmanli Muharibeleri - Wikipedia
Avstriya Osmanli Muharibeleri - Wikipedia - Haqqında Məlumat
Avstriya–Osmanlı müharibələri — Avstriya Habsburqları ilə Osmanlı imperiyası arasında, başlıca olaraq, Balkan yarımadasının şimal hissəsindəki və Macarıstandakı torpaqları ələ keçirmək uğrunda aparılan müharibələr. Osmanlının Şərqi Avropa ölkələrinə yürüşü nəticəsində başlamışdır. XIV–XV əsrlərdə Balkan yarımadasının xeyli hissəsini ələ keçirən Osmanlı ordusu Serbiya və Macarıstana hücuma başlamış, 1521-ci ildə Belqradı almış, 29 avqust 1526-cı ildə Mohaç döyüşündə macar-çex ordularına qalib gəlmişdi. 15 oktyabr 1529-cu ildə Osmanlı ordusu Vyana şəhərini mühasirəyə almış, lakin şəhəri tuta bilməmişdir.[1]
İstinadlar
redaktə- ↑ Австрија–Түркијә мүһарибәләри (16–18 әсрләр) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 66.
Əlavə ədəbiyyat
redaktə- Кэролайн Финкель «История Османской империи: Видение Османа» — Москва: АСТ, 2010. ISBN 978-5-17-043651-4