Avstriya Sosial Demokrat Partiyasi - Wikipedia
Avstriya Sosialist Partiyası (alm. Sozialdemokratische Partei Österreichs, [zoˈtsi̯aːldemoˌkraːtɪʃə parˌtaɪ ˈøːstəraɪçs], SPÖ) — Avstriyada sosial-demokrat siyasi partiya.[3][4][5] 1889-cu ildə Avstriya Sosial Demokrat Fəhlə Partiyası (alm. Sozialdemokratische Arbeiterpartei Österreichs, SDAPÖ) olaraq yaradılmış və daha sonra 1945-ci ildən 1991-ci ilə qədər Avstriya Sosialist Partiyası (alm. Sozialistische Partei Österreichs) adı ilə tanınmışdır.[6] Avstriyadakı mövcud ən köhnə siyasi partiyadır. Avstriya Xalq Partiyası (ÖVP) ilə yanaşı, ölkənin iki ənənəvi əsas partiyasından biridir. Siyasi spektrdə sol mərkəzlidir.[7][8][9]
Qurucu | |
---|---|
Quruluş tarixi | 1889 |
Baş qərargah | |
İdeologiya | sosial-demokratiya, Avstromarksizm |
Üzvlüyü |
|
Üzv sayı | 140 000 |
Saytı | spoe.at |
Vikianbarda əlaqəli mediafayllar |
2023-cü ilin iyun ayından partiyaya Andreas Babler rəhbərlik edir. Hazırda Milli Şuradakı beş partiya arasında 183 yerdən 40-na sahib olan ikinci ən böyük partiyadır və 2019-cu il qanunvericilik seçkilərində səslərin 21,2 faizini qazanıb. O, bütün doqquz əyalətin qanunverici orqanında yer tutur; bunlardan üçündə (Burqenlənd, Karintiya və Vyana) ən böyük partiyadır. SPÖ Avstriyanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir[10] və Proqressiv Alyansın və Avropa Sosialistlər Partiyasının üzvüdür. Sosialistlər və Demokratların Mütərəqqi Alyansı ilə Avropa Parlamentində yer alır; Avstriyanın 19 deputatından beşi SPÖ üzvüdür. Partiyanın Avstriya Həmkarlar İttifaqları Federasiyası (ÖGB) və Avstriya Əmək Palatası (AK) ilə sıx əlaqələri var.
SDAPÖ 1890–1910-cu illərdə Avstriya-Macarıstan İmperiyasının İmperator Şurasında ikinci ən böyük partiya idi. O, Birinci Dünya müharibəsindən sonra qısa müddətlik Birinci Avstriya Respublikasını idarə etdi, lakin sonra yenidən müxalifətə qayıtdı. Partiya Avstriya Vətəndaş Müharibəsindən sonra 1934-cü ildə qadağan edildi və Avstrofaşist və Nasist dövründə repressiyalara məruz qaldı. Partiya 1945-ci ildə Avstriya Sosialist Partiyası olaraq yenidən quruldu və 1966-cı ilə qədər ÖVP-nin kiçik partnyoru kimi idarə olundu. 1970-ci ildə SPÖ ilk dəfə müharibədən sonrakı tarixdə ən böyük partiya oldu və Bruno Kreyski üç dəfə ardıcıl (1971, 1975 və 1979) səs çoxluğu qazanaraq kansler oldu. SPÖ 30 ildən sonra ilk dəfə müxalifətə qayıtmazdan əvvəl 1987–2000-ci illərdə ÖVP ilə böyük koalisiyaya rəhbərlik edib. Partiya 2007–2017-ci illərdə yenidən hakimiyyətdə qaldı. 2017-ci ildən SPÖ Sebastyan Kurz, Aleksandr Şallenberq və Karl Nehammerin ÖVP hökumətlərinə qarşı əsas müxalifətdir.
İstinadlar
redaktə- ↑ http://www.socialistinternational.org/viewArticle.cfm?ArticlePageID=931.
- ↑ http://progressive-alliance.info/2810-2/.
- ↑ Dimitri Almeida. The Impact of European Integration on Political Parties: Beyond the Permissive Consensus. CRC Press. 27 April 2012. səh. 71. ISBN 978-1-136-34039-0. 4 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2013.
- ↑ "Parties and Elections in Europe". www.parties-and-elections.eu. 29 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
- ↑ Bale, Tim. Riding the populist wave: Europe's mainstream right in crisis. Cristóbal Rovira Kaltwasser. Cambridge, United Kingdom: Cambridge University Press. 2021. 35. ISBN 978-1-009-00686-6. OCLC 1256593260. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-18.
- ↑ Encyclopaedia Britannica. "Austria: Transport and telecommunications - history - geography". 12 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2019.
- ↑ Connolly, Kate; Oltermann, Philip; Henley, Jon. "Austria elects Green candidate as president in narrow defeat for far right". The Guardian. 23 May 2016. 10 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2018.
- ↑ "The Latest: Election tally shows Austria turning right". The Washington Times. Associated Press. 15 October 2017. 9 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
- ↑ Oliphant, Roland; Csekö, Balazs. "Austrian far-right defiant as Freedom Party claims 'pole position' for general election: 'Our time comes'". The Telegraph. 5 December 2016. ISSN 0307-1235. 12 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2018.
- ↑ "SPOE Partei Programm" (PDF) (alman). 14 noyabr 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. (458 KiB) Party platform, see articles I.(1) and III.7.(1): "strive for a society that overcomes class antagonisms", "only the advancement of political to economic, and therefore social, democracy establishes the precondition for the realization of our basic principles".[ölü keçid]