Avtomobil Kuzasi - Wikipedia
Avtomobil kuzası (avtomobil kuzovu və avtomobil banı) — avtomobilin sürücü, sərnişin, yük və ya xüsusi avadanlıq yerləşən konstruktiv hissəsidir. Avtomobil kuzasına həmçinin kapot, ayaqlıqlar, yan divarlar, radiator üzlüyü, bir sıra qovşaq və aqreqatlar (xarici işıqlandırma cihazları, salonda tənzimlənmə qurğuları, nəzarət sistemləri, sürücü və sərnişinin təhlükəsizliyini təmin edən vasitələr və s.) da aiddir. Konstruksiyanın tipinə görə kuzalar avtomobilin yüksaxlayan sistemini təşkil edir (daşıyıcı avtomobil kuzası), yaxud da yüksaxlayan çərçivəyə bərkidilir (yüksüzləşmiş, çərçivəli avtomobil kuzası).
Minik avtomobillərinin kuzası
redaktəBağlı
redaktəBu kuzalar adətən daşıyıcı olur və bir-birinə birləşdirilmiş ayrı-ayrı panellərdən ibarətdir. Avtomobil kuzası əsasən, poladdan hazırlanır; XX əsrin sonlarından kompozisiya materiallarından daha geniş istifadə edilməyə başlanmışdır. Kuzanı xaricdən enerji udan bamperlər mühafizə edir. Avtomobilin ümumi kompanovka sxemindən və sərnişin yerlərinin sayından asılı olaraq kuzalar bir neçə tipə ayrılır.
- Sedan: Minik avtomobilləri üçün əsas tip olan sedan (B.Britaniya və Yaponiyada Saloon, almandilli ölkələrdə Limousine) üç bölməyə (birinci bölmə – mühərrik, ikinci – sərnişinlər, üçüncü – yük üçündür) ayrılmış qapalı kuzadır; 4 (bəzən 2, yaxud 6) qapısı, iki (bəzən üç) cərgə oturacağı olur. Sedanın damının bir hissəsi arxa oturacağın üstündən açılırsa, bu kuza lando , qabaq oturacağın üstündən açılan – broqam , ortadan açılan – tarqa , tam açılan yumşaq tentli avtomobil kuzası kabriolet , çıxarılabilən sərt tentli isə kabriolet — hardtop adlanır. Əgər yumşaq tentin yan pəncərələri və divarları endirilən deyil, çıxarılandırsa bu faeton (fayton) tipli kuzadır. Yük-sərnişin avtomobil kuzası faeton — universalın bütün uzunluq boyunca qatlanan damı və çıxarılabilən yan pəncərələri olur. Sürücünü sərnişinlərdən sərt və ya yığışdırıla bilən arakəsmə ilə ayıran kuza limuzin adlanır. Kupe ikiqapılı, ikiyerli qapalı kuzadır; adətən, arxa yan pəncərələri açılmayan (endirilməyən) olur. Bu tip yumşaq qatlanan tentli açıq avtomobil kuzası rodster adlanır.
- İkiqapılı sedan, və ya Tudor : kupe kuzadan iki cərgəli tam oturacağı ilə və normal (dördqapılı sedan) bazası ilə fərqlənir. Nümayəndəsi- ikiqapılı "Zaporojes" avtomobili.
- Universal: Universal (ABŞ-da Station Wagon və ya Wagon; B.Britaniyada Estate; almandilli ölkələrdə Kombi: Avstraliyada Station Sedan.) qapalı, ikibölməli (bir bölməsi mühərrik, ikincisi sərnişin və yük üçün) yüksərnişin avtomobil kuzasıdır; yük yeri geridəki oturacağın arxasında yerləşir. Universalların əksəriyyəti texniki cəhətdən sedanın əsasında qurulmuşdur, lakin kuzanın damı arxa tərəfdən uzundur və yük yeri sərnişin salonu ilə birləşdiyindən sedanın yük yerindən böyükdur; bir çoxunda birinci cərgədən arxadakı oturacaq cərgələri qatlanandır. Əgər universalların arxa pəncərələri yoxdursa furqon, sürücü kabinəsinin arxasında yük platforması qurulursa pikap adlanır. Universalda adətən beş qapı olur, bəzən üç. Arxa qapı yük yerinin genişlənməsinə xidmət edir. Şimali Amerikada yan qapılar hesablandığa görə dörd qapılı və iki qapılı universal termini işlədilir.
- Hetçbek: (SSRİ-də kombi adlanırdı) yük yerin də (arxada) qapısı olan ikibölməli avtomobil kuzasıdır. Üç və ya beş qapılı olur. Universalı çox xatırladır. Yükdaşıma özəlliyi aşağıdır.
- Mini-ven: Birbölməli (kapotsuz), iki-üç cərgə oturacağı olan mini-venin kuzası mikroavtobusla minik avtomobili arasında yer tutur.
Açıq
redaktə- Kabriolet (fr. cabriolet) — ilk mənada biroxlu, ustü yığıla bilən qoşqulu at-araba, indiki mənada isə yerlərinin sayı 2 və daha çox olan üstü qatlanaraq açılan minik avtomobili nəzərdə tutulur. İlk kabrioletlər XIX əsrin əvvəlində Fransada yaranmışdır. Bundan sonra bu növ avtomobillər tez bir zamanda Paris, London və digər şəhərlərdə şöhrət tapmışdır.
- Rodster: ikiyerli kuzası olan, yığılan yumşaq damı örtüyü olan avtomobil.(Nümunə: MINI John Cooper Works Roadster)
- Fayton: dörd qapılı avtomobil kuzası və yığıla bilən yumşaq dam örtüylü avtomobil. Beş-altı yerlik və yan şüşələri qalxmıyan bu tip avtomobili adətən dörd qapılı kabrioletlərin ali növü hesab edirlər.
Yük-sərnişinli
redaktəYük avtomobillərinin kuzası
redaktəYük avtomobilinin kuzası kabinə, ban (platforma, furqon, sistern və s.),kapot, yan divarlar, ayaqlıq və s.-dən ibarətdir. Kabinə bandan ayrı hazırlanır, adətən, metaldan, iki və ya çox yerli olur. Uzaq reyslərə çıxan magistral dartqılarının kabinəsi yataq yerləri ilə də təchiz edilir. Kuza avtomobilin yüksaxlayan çərçivəsi üzərində qurulur. Kabinəni bərkitmək üçün sürücünün zəruri rahat iş şəraitini təmin edən elastik elementlərdən istifadə olunur. Avtomobil kuzası universal (forma və ölçülərinə görə müx təlif olan yükləri daşımaq üçün yük platforması, yaxud furqonu olan) və xüsusiləşdirilmiş (dənəvər yüklər üçün özüboşaldan, xarabolan məhsullar üçün izotermik, sistern və s.) növlərə ayrılır.
Avtobusların kuzası
redaktəAvtobusların kuzaları kapot və vaqon tipli olmaqla iki qrupa bölünür. Adətən, qapalı olur və çox vaxt yüksaxlayan, vaqon tipli karkas konstruksiyalı hazırlanır. Xaricdən və daxildən karkasa metal (bəzən kompozisiya materiallarından) panellər şəklində üzlük bərkidilir. Avtomobil kuzasının kütləsini azaltmaqla (o cümlədən yeni materiallar tətbiq etməklə), ona axarlı forma verməklə, sərnişinlərin rahatlığını artırmaqla, avto mobilin qabaritlərindən istifadəni yaxşılaşdırmaqla və s. yollarla kuzalar getdikcə təkmilləşdirilir.
Şəkillər
redaktə-
sedan
-
hatch-back
-
kabriolet
-
lift-back
-
kombi
-
minivan
-
pick-up
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktə- Avtomobil kuzası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 408. ISBN 978-9952-441-05-5.