Avun - Wikipedia
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Avun | |
---|---|
38°51′ şm. e. 48°14′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır.[2] Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır.[2]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ 1 2 Avun // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Yardımlı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |