Aybek - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü.
İzzəddin Aybək | |
---|---|
Əl-Malik Əl-Muiz Əl-Cavanşir Əl-Türkmani Əl-Saleh | |
– İyul 1250 | |
Əvvəlki | dövlət quruldu |
Sonrakı | Əl-Əşrəf Musa |
1254 – 10 aprel 1257 | |
Əvvəlki | Əl-Əşrəf Musa |
Sonrakı | Mənsur Əli |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1205[1] |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Həyat yoldaşları |
Ümmü Şəcərəddürr |
Uşağı | Mənsur Əli |
Ailəsi | Bəhrilər[2] |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir.
Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar.
Üsyan
redaktə1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır. Aşağı Misir bədəviləri də hökumət qoşunları tərəfindən məğlubiyyətə uğradılmışdır.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://historica.fandom.com/?q=Aybak.
- ↑ Oxford African American Studies Center (ing.).
- ↑ Bədəvilər üsyanı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 542. ISBN 978-9952-441-07-9.
Mənbə
redaktə- Muir, William (2007) The Mameluke or slave dynasty of Egypt, 1260–1517 Piscataway, NJ: Gorgias Press. ISBN 978-1-59333-697-4. (Birinci basım: Smith, Elder 1896) (ing.)