Azer Mustafayev - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Azər Mustafayev (27 iyun 1954, Bakı) — fəlsəfə elmləri doktoru, professor.
Azər Mustafayev | |
---|---|
Azər Xoşbəxt oğlu Mustafayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | AMEA, Fəlsəfə və Hüquq İnstitutu |
Təhsili | ali |
Həyatı
redaktəAzər Mustafayev 1954-cü il 27 iyun Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, Xalq Təsərrüfatının İqtisadiyyatı və planlaşdırılması fakültəsinə daxil olmuş, 1975-ci ildə həmin institutu bitirmişdir. 1977-1978-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1978-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. AMEA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi vəzifələrində işlədikdən sonra 1979-cu ildən etibarən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda işə başlamışdır.
1979-1982-ci illərdə Moskva şəhərində yerləşən SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olmuşdur. Alim 1983-cü ildə fəlsəfə elmləri üzrə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, sektor müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən Azərbaycanın müxtəlif ali məktəblərində fəlsəfə və politologiya fənlərini tədris etmişdir. Bu müddət ərzində aspirantlar üçün nəzərdə tutulmuş və Azərbaycan Təhsil Nazirliyi xətti ilə təsdiq edilmiş tədris-metodik vəsaitin müəllifidir.
2000-ci ilin may ayından 2003-cü ilin may ayınadək AMEA Rəyasət Heyətinin nəzdində yerləşən fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutunun Sosial fəlsəfə şöbəsinin müdiri işləyir.
Elmi fəaliyyəti və əsərləri
redaktəMilli psixologiyanın, milli şüurun, milli özünüidarəetmənin, milli siyasət məsələlərinə, turançılıq, türkçülük, azərbaycanlılıq ideyalarının tədqiqinə, siyasi fəlsəfədə ilk dəfə olaraq "nəcib insan" konsepsiyasına, münaqişələr və konfliktlər konsepsiyasına dair elmi nəticələr əldə edilmişdir.
Azər Mustafayev 5 kitabın, 60-a yaxın məqalənin, 4 elmi-pedaqoji əsərin müəllifidir. Son illər bakalavr və magistr pillələri üzrə konfliktologiya, politologiya və digər problemlərlə əlaqədar tədris proqramları, vəsaitlər çap etdirmişdir.
Əsas elmi əsərləri
redaktə- Keçmiş SSRİ-də milli münasibətlər türk alimlərinin gözü ilə. Bakı: "Elm" nəşriyyatı, 1990 (12 ç.v.)
- Azərbaycanda milli hərəkat ideyalarının yaranması və tarixi təkamülü (XIX əsrin sonu, XX əsrin əvvəlləri). Bakı: 1994. (5 ç.v.)
- Fəlsəfədə ziddiyyətlər və münaqişələr problemi (dərs vəsaiti). Bakı: 2000.(3,6 ç.v.)
- Konfliktologiya fənninin tədrisi metodikası (metodik vəsait). Bakı: 2001.(6,6 ç.v.)
- Konfliktologiya fənninin tədrisi proqramı. Bakı: 2001.(1,5 ç.v.)